00:00:00
Yazar
Admin User
10.02.2026 13:14 62 2 dəq oxuma
Siyasət

“ABŞ-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur”

“ABŞ-Azərbaycan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur”

ABŞ nümayəndəsi Vensin Bakıya səfəri çərçivəsində Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri və siyasi əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, son illər Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan dinamika təsadüfi deyil və dəyişən geosiyasi reallıqlar Vaşinqtonun Cənubi Qafqaza marağını artırıb:

 

“Bu proses xüsusilə ABŞ-də Donald Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Azərbaycan regionda konstruktiv mövqeyi, praqmatik siyasəti və etibarlı tərəfdaş imici ilə Vaşinqton üçün önə çıxır. ABŞ-nin əsas müttəfiqləri olan Türkiyə və İsraillə Azərbaycanın da strateji tərəfdaş olması Bakının Vaşinqton üçün məqbul və etibarlı tərəfdaş kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan bu günə qədər ABŞ-yə qarşı heç bir problem yaratmayıb, əksinə, xüsusilə Bayden administrasiyası dövründə müəyyən haqsız yanaşmaların şahidi olunub. Hazırkı mərhələdə isə vəziyyət fərqlidir və əməkdaşlıq üçün real imkanlar mövcuddur. Vensin səfəri fonunda hərbi, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri gündəmə gələ bilər. Xüsusilə “Tramp yolu” kimi tanınan nəqliyyat layihəsi ilə bağlı mexanizmlərin müzakirəsi istisna deyil”.

 

Politoloq vurğulayıb ki, Azərbaycan bu istiqamətdə bütün infrastrukturu tamamlayıb və prosesin irəliləməsi əsasən Ermənistan tərəfinin mövqeyindən və ABŞ-nin bu məsələdəki təsirindən asılıdır:

 

“Sülh sazişi məsələsi də danışıqların əsas mövzularından biri ola bilər. Vaşinqtonda Trampın vasitəçiliyi ilə keçirilmiş görüşdə sülh sazişi paraflanıb. İndi isə sənədin yekun imzalanması vaxt və məkan məsələsi olaraq müzakirə edilə bilər. Bu kontekstdə ABŞ-nin rolu xüsusi əhəmiyyət daşıyır. Regional təhlükəsizlik məsələlərinə də toxunaraq bildirib ki, ABŞ-nin əsas rəqibləri olan İran və Rusiyanın Azərbaycanla sərhəd qonşuları olması Bakının balanslı və neytral siyasətini daha da önəmli edir. Rəsmi Bakı bu ölkələrə qarşı ABŞ ilə hər hansı bir addım atmaz. Lakin Azərbaycanın neytral mövqeyi və regional sabitliyə verdiyi töhfə Vaşinqton üçün ciddi əhəmiyyət kəsb edir və bu məsələ də səfər çərçivəsində müzakirə olunmuş ola bilər".


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər