00:00:00
Yazar
Zəhra Həsənova
30.09.2026 22:55 29 2 dəq oxuma
Siyasət

Moskva NATO-ya xəbərdarlıq edib - ŞƏRH

Moskva NATO-ya xəbərdarlıq edib - ŞƏRH

NATO ilə Rusiya arasında gərginliyin yüksəldiyi bir vaxtda Kalininqradın dənizdən və qurudan tam blokadaya alınması ssenarisi reallığa çevrilir. Ukraynadakı müharibə səbəbindən anklavdakı hərbi gücü zəifləyən Moskva mühasirə riskinə qarşı Nüvə Doktrinasına dəyişiklik edərək NATO-ya xəbərdarlıq məktubu ünvanlayıb: regionun blokadaya alınacağı təqdirdə Rusiya nüvə silahından istifadə edə bilər.

 

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, belə bir ssenari realdır, faktiki mühasirə var və kifayət qədər real şəkildə işləyir. 

 

“Hər halda düşünülür ki, Rusiya uzun müddətdir ərazi ilə bağlı reallıqları dəyişdirib. Təxminən 15 000 km² ərazidə 1 milyon nəfər yaşayır və görünən odur ki, oradakı hərbi qarnizon Ukrayna cəbhəsinə köçürüldüyünə görə faktiki müdafiəsi zəifdir. Rusiya buna görə qərara gəlib ki, nüvə doktrinasını dəyişdirsin və həmin o doktrinanı aşağı-yuxarı buradakı baş verəcək mühasirə prosesinə görə nüvə silahını tətbiq edəcəyinə dair işarələr verir. Həmin işarələri də, sənədi də, 2024 doktrinasında dəyişikliyi də NATO-ya göndərib".

 

Kalininqrad ətrafında eskalasiya baş verərsə, bunu BMT və ya digər beynəlxalq vasitəçilərin necə nəzarət altına ala biləcəyi barədə isə politoloq vurğulayıb ki, hazırda bu gücə yalnız Türkiyə və ABŞ malikdir. O, mövcud hərbi-siyasi vəziyyəti nəzərə alaraq, kəskin qarşıdurma ssenarisinin baş vermə ehtimalının kifayət qədər real olduğunu qeyd edib.

 

“Amma hər halda çox ciddi ssenaridir və bu günə qədər olmayanlar oldusa, Avropa müharibənin içərisindədirsə, bunun da baş verməmə ehtimalı haqqında müsbət söz demək çətindir".

#moskva #azərbaycan #edib #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər