00:00:00
Yazar
Admin User
05.02.2026 17:46 232 2 dəq oxuma
Siyasət

“ABŞ bu addımlarla beynəlxalq hüququn prinsiplərini pozur”

“ABŞ bu addımlarla beynəlxalq hüququn prinsiplərini pozur”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ni müxtəlif ölkələrin dövlət başçılarını sistematik şəkildə hədəf almaqda günahlandırıb. Onun sözlərinə görə, Vaşinqton İraqın keçmiş lideri Səddam Hüseynin və Liviyanın prezidenti Müəmmər Qəddafinin devrilməsi ilə nəticələnən proseslərdə birbaşa rol oynayıb

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Tahir Kərimli bildirib ki, ABŞ İraq-İran müharibəsi zamanı hər iki tərəfə kömək edir, sonra İraqa daha çox dəstək verirdi:

 

"İraq-Küveyt münaqişəsində isə Küveyti müdafiə eləyib. Əfqanıstan və digər regionlarda da ABŞ-nin öz maraqlarına uyğun addımlar atdığı məlumdur. Ben Ladenin öldürülməsindən əvvəl qanun qəbul olunub ki, sərhəd xaricində Amerikanın dövlət maraqlarına uyğun gələn terroristlərin məhkəməsiz öldürülməsinə icazə verilsin və bunu Amerika həyata keçirib. Kimyəvi silah bəhanəsiylə İraq Prezidenti Səddam Hüseyni və Liviyanın liderlərini devirməsi də məlumdur. ABŞ bu addımlarla beynəlxalq hüququn prinsiplərini pozur. Rusiyanın irəli sürdüyü ittihamlar həm də geosiyasi maraqları əks etdirir. Rusiya ABŞ-ni sistemli şəkildə dövlət başçılarını hədəf almaqda ittiham edir, amma bu, beynəlxalq hüququ müdafiə etməkdən çox öz geosiyasi maraqlarını qorumaq və imicini möhkəmləndirmək məqsədi daşıyır. ABŞ-nin bu proseslərdə əli olduğu açıq olsa, bu, onun dünyadakı imicinə ciddi zərbə vurardı. Hazırkı şəraitdə isə diplomatik və hərbi eskalasiyaya səbəb ola bilər”.

 

Deputatın fikrincə, ABŞ və Rusiya arasındakı qarşıdurma həm regional, həm də qlobal təhlükəsizlik baxımından ciddi risklər yaradır:

 

“Bu iki dövlət dünyanın strateji ehtiyacının böyük hissəsini əlində saxlayır. Onların qarşıdurması yeni gərginliklər yarada bilər. Buna görə də, proseslərin sabit və diplomatik yollarla idarə olunması vacibdir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər