ABŞ-dən İrana yeni hücumlar: Tehran sərt cavab xəbərdarlığı etdi
ABŞ ordusu İranın cənubunda raket sahələri və mina yerləşdirməyə çalışan qayıqları hədəf alaraq yeni zərbələr endirdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı əməliyyatların “özünümüdafiə” məqsədi daşıdığını bildirsə də, İran Xarici İşlər Nazirliyi Vaşinqtonu atəşkəsi kobud şəkildə pozmaqda ittiham edib və bu addımların cavabsız qalmayacağını vurğulayıb. İran mediası isə Bəndər-Abbas və hava limanı ətrafında partlayış səslərinin eşidildiyini yazıb.
BBC
Ədilə Hüseynzadə