00:00:00
Yazar
Elmira Ağayeva
17.07.2026 22:16 20 2 dəq oxuma
Siyasət

"ABŞ-də seçki sisteminin ciddi boşluqları ilə bağlı məxfi məlumatlar açıqlanacaq"-TRAMP

"ABŞ-də seçki sisteminin ciddi boşluqları ilə bağlı məxfi məlumatlar açıqlanacaq"-TRAMP

 


ABŞ Prezidenti Donald Tramp Ağ evdə xalqa televiziya vasitəsilə müraciəti zamanı ölkənin seçki sistemindəki ciddi təhlükəsizlik boşluqlarını əks etdirən məxfi məlumatların məxfiliyinin ləğv edilərək ictimaiyyətə açıqlanacağını bəyan edib.

Tramp bildirib: 

“Bu axşam seçki infrastrukturumuzdakı şokedici zəiflikləri üzə çıxaran mühüm kəşfiyyat məlumatlarının məxfiliyinin dərhal ləğv olunduğunu və yayımlandığını elan edirəm”.
Onun sözlərinə görə, məxfiliyi ləğv edilmiş məlumatlar ABŞ seçki sisteminin haker hücumları, istismar və xarici müdaxilə qarşısında gözləniləndən daha həssas olduğunu göstərir.
Tramp iddia edib ki, ABŞ kəşfiyyatının məlumatları ölkənin səsvermə sistemlərinin hücumlara qarşı son dərəcə zəif olduğunu ortaya qoyur.
O bildirib ki, bir çox ştatda seçki prosesi ciddi problemlərlə üzləşib. Buna görə də administrasiya aralıq seçkilərə qədər ştat və yerli qurumlarla birlikdə məlum texniki boşluqların aradan qaldırılması istiqamətində çalışacaq.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) araşdırmasına istinad edən Trampın sözlərinə görə, təxminən 278 min ABŞ vətəndaşı olmayan şəxs federal seçkilərdə səs vermək üçün qeydiyyata alınıb.
Tramp əlavə edib ki, demokratların idarə etdiyi bəzi ştatlar seçici siyahılarını paylaşmaqdan imtina etdiyi üçün faktiki rəqəmin bundan daha yüksək ola biləcəyini iddia edib.
ABŞ Prezidenti çıxışı zamanı Rusiyanı ABŞ-nin "rəqiblərindən biri" adlandıraraq, onun seçkilərə təsir göstərməyə çalışdığını iddia edib. O, həmçinin 2020-ci ildə Çinin 220 milyon amerikalı seçiciyə aid məlumat bazasına qanunsuz giriş əldə etdiyini bildirib.


TASS
Nuray Əliyeva

#ABŞ #Tramp #seçki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər