00:00:00
Yazar
Hüseynova Mələk
16.11.2026 21:54 38 2 dəq oxuma
Siyasət

Dünya siyasətinin taleyi bu masada həll olunacaq: Noyabrın 19-da tarixi zirvə! 

Dünya siyasətinin taleyi bu masada həll olunacaq: Noyabrın 19-da tarixi zirvə!

Qlobal siyasətin aparıcı simaları növbəti strateji addımlar üçün bir araya gəlməyə hazırlaşır. Birləşmiş Ştatlar Rusiya lideri Vladimir Putin, ABŞ-ın prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında noyabrın 19-da keçirilməsi planlaşdırılan zirvə görüşünü rəsmən təsdiqləyib. Beynəlxalq münasibətlər fonunda böyük maraq doğuran bu tədbirin qlobal güc balansına və geosiyasi proseslərə ciddi təsir göstərəcəyi gözlənilir.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki, üç ölkə kifayət qədər ciddi siyasi, iqtisadi və hərbi-siyasi potensiala sahib olan ölkələrdir. Yəni bu ölkələr arasındakı münasibətlərin xarakteri dünyada həm siyasi, həm iqtisadi vəziyyətə təsir etmək gücündədir.  Bu üç ölkənin mövqeyi, onların arasındakı münasibətlərin xarakteri qlobal təhlükəsizlik mühitinə də ciddi təsir göstərir:

 

  

"​Dünyanın üç aparıcı nəhəng ölkəsinin liderinin görüşündə müasir mərhələdə açıq qalan, həllini gözləyən çoxsaylı qlobal məsələlərin müzakirəsi gözləniləndir. ​Təbii ki, bu o demək deyil ki, bu görüşdən mütləq bütün məsələlər öz həllini tapacaq. Amma bu görüş bütövlükdə qlobal müstəvidə reallıqlara ciddi təsir edəcəkdir. Həm ABŞ-in, həm Rusiyanın, həm də Çinin özünün maraqları mövcuddur və əksər hallarda bu üç ölkənin maraqları diametral şəkildə bir-birindən fərqlənir".

 

Politoloq qeyd edir ki, əksər hallarda fikir ayrılığı, maraqların kəskin toqquşması dünyada bir sıra sahələrdə gərginlik yaradır:

 

“Ona görə də onlar arasında bir konstruktiv dialoq mühiti yaranmış olarsa, dünyada gərginliyin səviyyəsi də azalmış olar. Yəni bu üç liderin bir masa arxasında oturması bütün hallarda əks qutuplarda dayanmalarından daha əlverişlidir, dünya üçün daha münasibdir.İstənilən halda bir sıra qlobal məsələlərlə bağlı ABŞ, Rusiya, Çin liderlərinin mövqelərini uzlaşdırması və ya uzlaşdırma cəhdləri yeni qlobal təhlükəsizlik mühitinin elementlərini formalaşdıra bilər. Ola bilsin ki, mühüm qlobal məsələlərlə bağlı qərar da verilsin. Çünki belə görüşlər tarixdə çox nadir hallarda baş tutur. Hesab edirəm ki, görüş ən azından bir sıra məsələlərlə bağlı bir düşüncə aydınlığı yaradacaqdır, bir sıra vacib məqamlarla bağlı ortaq qərarların formalaşdırılması imkanlarını yaradacaqdır".

 

Xədicə İsmayılova

 

#Dünya #siyasət #qlobal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər