ABŞ Dağlıq Qarabağda keçiriləcək seçkiləri tanımayacaq
ABŞ rəhbərliyi 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda 3 mayda keçiriləcək “parlament” seçkilərinin nəticələrini tanımayacağını bilidirib.
ABŞ rəhbərliyi 20 ildən çoxdur ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda 3 mayda keçiriləcək “parlament” seçkilərinin nəticələrini tanımayacağını bilidirib.
İnformator “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi Cef Ratke mətbuat konfransında məsələ ilə əlaqədar verilən suala: “ABŞ Dağlıq Qarabağ müstəqil bir dövlət kimi tanımı və buna görə də 3 Mayda keçiriləcək “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir edəcək bir ünsür olaraq qəbul etməyəcəyik”, deyib.
