ABŞ hərbi gəmisinin Hörmüz Boğazına daxil olmasının qarşısı alınıb – İran ordusu
ABŞ Prezidenti Donald Trump Hörmüz Boğazında ilişib qalan gəmilərə mayın 4-dən etibarən donanmanın müşayiət edəcəyini açıqladıqdan sonra, İrandan hücum təhdidi gəlib.
“Fars” xəbər agentliyi bildirib ki, boğazdan keçmək istəyən bir ABŞ hərbi gəmisinə Cask adası yaxınlığında raket hücumu edilib. ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) isə hərbi gəmilərdən birinin İran raketləri ilə vurulması barədə iddiaları təkzib edib.
İran ordusunun yaydığı açıqlamada qeyd olunub ki, bir hərbi gəminin boğaza daxil olmasının qarşısı alınıb, lakin hadisənin detalları açıqlanmayıb. Açıqlamada deyilir: “İslam Respublikası Donanmasının qətiyyətli və operativ xəbərdarlığı nəticəsində Amerika və sionist düşmənə məxsus esmineslərin Hörmüz Boğazına girişi əngəllənib”.
Donald Tramp isə “Azadlıq Layihəsi” çərçivəsində Hörmüz Boğazından istifadə etmək istəyən ticarət gəmilərinə müşayiət ediləcəyini bildirib. O əlavə edib ki, proses bazar ertəsi başlayacaq və hər hansı müdaxilə olarsa, buna “güclü cavab veriləcək”.
BBC News
Nuray Əliyeva