00:00:00
Yazar
Səadət Əlizadə
05.10.2026 21:51 35 2 dəq oxuma
Siyasət

“ABŞ hərbi qüvvələrini Avropadan çəkir: Trampın yeni hədəfi nədir?”- Açıqlama

“ABŞ hərbi qüvvələrini Avropadan çəkir: Trampın yeni hədəfi nədir?”- Açıqlama

Birləşmiş Ştatlar hərbi iştirakının istiqamətlərini Avropadan Cənubi və Mərkəzi Amerikaya doğru dəyişib. ABŞ Müdafiə Naziri Pit Heqset bildirib ki, Amerikalı hərbçilərin bir hissəsi Avropadan Qərb yarımkürəsindəki ölkələrə köçürülə bilər. Pentaqon rəhbəri bununla ABŞ-nin Mərkəzi və Cənubi Amerikadakı hərbi iştirakının genişləndirildiyini qeyd edib. Artıq Ekvador, Honduras, Qvatemala və Panama kimi strateji əhəmiyyət daşıyan ölkələrlə ilkin razılaşmalar əldə edilib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şəhrçi Aydın Quliyev bildirib ki, öz gücünün müəyyən hissəsini Avropadan çəkib müxtəlif başqa bölgələrə aparması fikri çoxdan var:

 

"Bu gün də müəyyən addımlar atılıb. Vaxtilə, az əvvəl Almaniyadan da müəyyən hissələr dislokasiya olunub. Bu günlərdə isə Böyük Britaniyada, Londonda, Ferfort hərbi bazasında Amerikanın bombardmançı təyyarələrinin çəkilib başqa yerə aparıldığı barədə məlumatlar yayılıb".

 


Politoloq bildirib ki, bunların hələlik konkret hədəfinin nədən ibarət olduğunu söyləmək çətindir və müəyyən qədər hadisələrin dərinləşməsinə ehtiyac var:

 

"Amma ehtimal etmək olar ki, birinci növbədə Tramp burada Avropa ölkələrinə Ukrayna məsələsində təzyiq göstərmək istəyir. Çünki Trampın hədəfi odur ki, Avropa ölkələri Ukrayna mövzusunda öz siyasətlərini Amerika ilə tam şəkildə əlaqələndirsinlər və bu məsələdə Amerikanı, Trampı bir ağsaqqal kimi qəbul edib Rusiyanın danışıqlarını Amerikaya həvalə etsinlər. İkincisi isə Tramp bununla Avropanın təhlükəsizliyi və müdafiəsi üçün lazım olan bütün xərcləri, maliyyələri tam şəkildə Avropa ölkələrinin öz üzərinə qoymaq istəyir ki, bu, NATO-da Avropanın üzərində Amerikanın həm təsiri qalsın, həm də Amerika buna hərbi və maliyyə resurslarını mümkün qədər az xərcləmiş olsun".

 


Aydın Quliyev bildirib ki , başqa ehtimallar da ola bilər, bunları zaman göstərəcək:

 

"Amma oradan çıxarılan hərbi hissələrin Tramp üçün vacib olan dünya nöqtələrinə aparılması mümkündür. O cümlədən, onları Yaxın Şərqə yaxın müəyyən bölgələrdə yerləşdirə bilərlər. Hətta Latın Amerikasında da yerləşdirə bilərlər. Çünki Latın Amerikasında Amerikanın, ABŞ-nin  bu gün siyasətindən heç də sona qədər razılaşmayan müəyyən ölkələr var ki, onlarla yaxın gələcəkdə problemlər ola bilər".

 


Mehriban Yariyeva

#“abş #açıqlama #baki #çəkir:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər