00:00:00
Yazar
Nərmin Həşimova
12.05.2026 18:33 17 2 dəq oxuma
Siyasət

“ABŞ ilə İran arasında diplomatik razılaşmanın əldə olunması qaçılmazdır”- ŞƏRH

“ABŞ ilə İran arasında diplomatik razılaşmanın əldə olunması qaçılmazdır”- ŞƏRH

ABŞ Prezidenti Donald Tramp İranla diplomatik razılaşmanın mümkün olduğunu bildirib. O, tərəflər arasında dialoq üçün imkanların hələ də qaldığını və problemin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.


Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, çıxılmaz vəziyyətdə qalan İranın ABŞ ilə razılaşması İsraillə münasibətləri normallaşdıracaq və bölgədə sülhü bərqərar edəcək: 


“ABŞ ilə İran arasında diplomatik razılaşmanın əldə olunması artıq qaçılmazdır, çünki İranın başqa çıxış yolu qalmayıb. ABŞ-nin küncə sıxışdırdığı İran hazırda çox acınacaqlı durumdadır və bu vəziyyətdən çıxmaq üçün tək seçənək anlaşmaya getməkdir. Bu razılaşma bütövlükdə bölgədə gərginliyin aradan qalxmasına səbəb olacaq, çünki mövcud gərginliyin mərkəzində dayanan İran-İsrail münasibətləri də məhz bu prosesin nəticəsi kimi normallaşacaq. İranın terror siyasətindən imtina edərək normal dövlətə çevrilməsi bölgədəki qruplaşmalara dəstəyin kəsilməsinə, İsrail-ərəb münasibətlərindəki problemlərin həllinə və Yaxın Şərqdə sülhün bərqərar olmasına şərait yaradacaq. Belə bir şəraitdə İranın "terror dövləti" imicindən uzaqlaşaraq normal dövlətə çevrilməsi və terroru dəstəkləməkdən imtina etməsi gözlənilir. Bölgədəki Hizbullah, Həmas və husilər kimi terror qruplaşmalarının, eləcə də İranın daxilindəki bəzi dövlət qurumlarının terrora verdiyi dəstəyin kəsilməsi yaxın gələcəkdə real görünür. Bu siyasətdən imtina edildiyi təqdirdə, İsrail ilə ərəb ölkələri, xüsusilə Fələstin və Livan arasındakı problemlər də öz həllini tapacaq və nəticədə Yaxın Şərq bölgəsi tamamilə sülhə qərq olacaqdır”.


Aydan Əsgərxanlı

#İran #ABŞ #razılaşma #Tramp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər