“ABŞ ilə əməkdaşlıq təhlükəsizlik və müdafiə sahəsində genişlənir” - Turan Rzayev
Amerikalı diplomat bildirib ki, Vaşinqton və Bakı münasibətləri yeni səviyyəyə yüksəlib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ İlə Azərbaycan arasında münasibətlər, xüsusilə, Amerika Prezidenti Donald Trampın hakimiyyətə gəlişi ilə birlikdə xeyli normallaşıb:
"Joe Biden administrasiyası dövründə iki ölkə münasibətlərində ciddi soyuqluq yaşanırdı, lakin hazırda münasibətlər inkişaf etməkdə olan dinamikadadır. Bu xartiyanın imzalanması da əslində birdən çox sahədə əməkdaşlığın qapılarını açır. Bu gün Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, diplomatik əlaqələr inkişaf edir. Lakin bu əlaqələrin əsas hissələrindən biri də ABŞ ilə Azərbaycan arasında müxtəlif beynəlxalq layihələrinin icra edilməsi, o cümlədən hərbi sənaye kompleksinin inkişaf etdirilməsi sahəsindəki əməkdaşlıqlardır. Hesab edirəm ki, təhlükəsizlik, müdafiə sənayesinin inkişaf etdirilməsi, investisiya yatırımları və bərpa prosesində iştirak istiqamətində tərəflər arasında əməkdaşlıq var və inkişaf etdirilməktədir. ABŞ-nin Cənubi Qafqaz siyasətində indiki məqamda yeri mühümdür. ABŞ ilə Azərbaycan arasında Cənubi Qafqazda əsas əməkdaşlıqlardan biri də şübhəsiz, Zəngəzur dəhlizi və TRIPP yolunun açılış məsələsidir".
Zəhra Həsənova