00:00:00
Yazar
Zəhra Həsənova
15.04.2026 20:20 35 2 dəq oxuma
Siyasət

ABŞ - İran arasında növbəti danışıq - ŞƏRH

ABŞ - İran arasında növbəti danışıq - ŞƏRH

ABŞ ilə İran arasında danışıqların yaxın iki gün ərzində bərpa oluna biləcəyi bildirilir. Bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.


Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Trampın açıqlaması, Tehranın təsdiq verməməsi danışıqlar olsa belə fikir ayrılıqlarının mövcudluğunu göstərir:


“ABŞ Prezidenti Donald Tramp tərəflər arasında danışıqların iki gündən sonra davam etdirilməsi barədə açıqlama versə də, rəsmi Tehran hələlik bu məlumatı təsdiqləmir. Bu isə prosesdə qeyri-müəyyənliyin qaldığını göstərir. Eyni zamanda, Prezident Trampın açıqlamalarında ziddiyyətli məqamlar diqqət çəkir. Belə ki, o, əvvəlcə jurnalistlərə görüşün İslamabadda keçiriləcəyini bildirsə də, sonradan növbəti görüşün Avropada baş tuta biləcəyini qeyd edib”.


Politoloq qeyd edib ki, tərəflərin istəkləri ilə bağlı növbəti görüşdən ciddi dəyişiklik gözlənilmir:


“Ekspertlər hesab edirlər ki, hətta növbəti görüş baş tutsa belə, ciddi bir irəliləyişin əldə olunması inandırıcı görünmür. Bunun əsas səbəbi tərəflərin mövqelərindəki kəskin fərqliliklərdir. İran tərəfi nüvə tədqiqatlarını davam etdirməyi özünün milli suveren hüququ hesab edir. ABŞ və İsrail isə hər hansı razılaşma üçün İranın zənginləşdirilmiş urandan imtina etməsini əsas şərt kimi irəli sürür. Digər tərəfdən, tərəflərin bütün sanksiyaların ləğv edilməsi ilə bağlı razılığa gəlməsi də real görünmür”.


Teleh Əlievin vurğulayıb ki, sülh hər iki tərəf maksimalist istəklərindən əl çəkərsə, reallaşa bilər:


“Hazırda hər iki tərəf masaya maksimalist tələblərlə çıxır. Analitiklərin fikrincə, tərəflərin yanaşması bu cür qaldıqca, keçiriləcək növbəti görüşlər də nəticəsiz olacaq. Real irəliləyişin olması üçün ya tərəflərdən biri hərbi əməliyyatlarda üstünlük qazanaraq qarşı tərəfi kapitulyasiya aktına imza atmağa məcbur etməli, ya da hər iki tərəf öz ilkin iddialarından geri çəkilərək qarşılıqlı kompromis əsasında sülh razılaşmasına imza atmalıdır”.


Aydan Əsgərxanlı

#baki #şərh #arasında #abş #i̇ran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər