00:00:00
Yazar
Zəhra Həsənova
20.05.2026 21:28 38 2 dəq oxuma
Siyasət

ABŞ-İran münasibətlərində diplomatik pəncərə nə qədər açıq qalacaq?

ABŞ-İran münasibətlərində diplomatik pəncərə nə qədər açıq qalacaq?

“ABŞ İranla bağlı münaqişədə diplomatiyaya gələn həftənin əvvəlinə qədər şans verməyə və hərbi əməliyyatların bərpasını həmin vaxta qədər təxirə salmağa hazırdır”.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin hərbi əməliyyatları bir neçə gün təxirə salması gərginliyin tam azalması demək deyil:

“Daha çox diplomatiya üçün açılmış qısa və şərtli “pəncərədir”.Trampın “məhdud müddət” vurğusu göstərir ki, Vaşinqton hələ də hərbi təzyiq kartını masadan götürmür və İranın nüvə proqramı ilə bağlı güzəşt gözləyir. Körfəz ölkələrinin, xüsusilə Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının prosesə təsiri isə onu göstərir ki, region dövlətləri yeni müharibənin enerji bazarlarına, Hörmüz boğazına və ümumi təhlükəsizlik mühitinə ağır zərbə vuracağından narahatdır. Buna görə hazırkı fasilə sülhə keçid deyil, daha çox müharibə ilə razılaşma arasında son diplomatik manevr mərhələsidir”.

Politoloq qeyd edib ki, Vaşinqtonun diplomatiyaya üstünlük verməsi həm regional reallıqlarla, həm də ABŞ daxilindəki siyasi hesablamalarla bağlı ola bilər:


“Tramp administrasiyası bir tərəfdən İrana qarşı sərt mövqe nümayiş etdirmək istəyir, digər tərəfdən yeni genişmiqyaslı müharibənin iqtisadi və siyasi yükünü daşımaq istəmir. ABŞ daxilində seçici auditoriyası, Konqresdə mümkün tənqidlər, enerji qiymətlərinin artması və Yaxın Şərqdə uzunmüddətli hərbi bataqlıq qorxusu bu qərara təsir edən amillərdir. Ona görə Tramp üçün diplomatiyaya vaxt vermək həm beynəlxalq müttəfiqlərə “biz sülh şansını sınadıq” mesajıdır, həm də hərbi əməliyyatlar bərpa olunarsa, məsuliyyəti İranın üzərinə yönəltmək cəhdidir”.

Nuray Əliyeva

#qalacaq? #azərbaycan #diplomatik #baki #abş-i̇ran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər