00:00:00
Yazar
Nərmin Həşimova
16.07.2026 21:48 33 2 dəq oxuma
Siyasət

“ABŞ-İran münasibətlərində normallaşma hələlik real görünmür”- ŞƏRH

“ABŞ-İran münasibətlərində normallaşma hələlik real görünmür”- ŞƏRH

İran və ABŞ arasında münasibətlərdə gərginlik davam edir. Tehran hazırkı mərhələdə Vaşinqtonla danışıqları davam etdirməyi gündəmdə saxlamadığını bildirərək əsas diqqətini ölkənin müdafiəsinin gücləndirilməsinə yönəltdiyini açıqlayıb. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqainin sözlərinə görə, ABŞ öhdəliklərinə əməl etmədiyi təqdirdə, İran da hər hansı razılaşmaya sadiq qalmayacaq. Bu bəyanat iki ölkə arasında diplomatik münasibətlərin gələcək perspektivləri ilə bağlı sualları yenidən gündəmə gətirib.


Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, bugünkü gündə onlayn razılaşmaya baxmayaraq, hələ də atışmalar və qarşılıqlı konflikt davam etməkdədir: 


“Burada artıq İranda da verilir ki, İran 40 illik müharibəyə hazırlaşır. Bununla bağlı demək lazımdır ki, ABŞ ilə gələcək münasibətlərdə və bu sülh müqaviləsinin bağlanması məsələsində bu gün artıq bir stop vəziyyəti yaranıb, yəni daha çətin bir vəziyyət yaranıb. Birincisi, Hörmüz boğazından keçən gəmilərdə logistika baxımından yenidən problemlər çıxmağa başlayıb. Çünki İran o gəmiləri buraxmaq istəmir və ona görə də pul almaq niyyətindədir. Çünki Hörmüz boğazının təhlükəsizliyini qoruduğunu deyir.ABŞ ilə olan münasibətlərdə görünür ki, ABŞ İranla danışıqlara getmək istəyir, ancaq burada İsrail lobbisinin və ya İsrailin verdiyi qərarların təsiri var.Çünki bu qərarları tam ABŞ vermir, bu münasibətlər getdikcə uzanmağa başlayır və İranla olan vəziyyət çətinləşdikcə daha da çətinləşir. Bu da iqtisadi baxımdan bütün ölkələrə təsir edir. Yaxın zamanlarda bunun ABŞ ilə tamamilə bitməsini və ya normallaşmasını mən hələ görmürəm".


Ramiyə Məmmədova əlavə edib ki, burada bəzi məsələlər var ki, o məsələlər tam aydınlaşmalıdır: 


“Burada nüvə silahı məsələsi var ki, olmayan bir nüvə silahı haqqında yenidən söhbətlər gedir və təbii ki, uranın zənginləşdirilməsi ilə bağlı məsələlər də var. İran heç bir zaman buna "hə" cavabı vermir. Çünki bu, onun enerji etikası baxımından vacib olan bir məsələdir.Yəni, bu məsələdə hələ ki, baxmayaraq ki, danışıqlar gedirdi, ancaq bu danışıqlar artıq qarşılıqlı atışmaların başlaması, bu gün konfliktin yenidən bərqərar olması, Livanda da gedən hərəkətlər və proksi qüvvələrə endirilən zərbələrlə vəziyyət getdikcə daha da dərinləşir".


Mehriban Yariyeva

#yeni #normallaşma #real #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər