“ABŞ-İran münasibətlərində yeni mərhələ gözlənilmir”-ŞƏRH
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın bağlanması üçün müəyyən edilmiş son müddəti 24 saat uzadıb. Bu barədə “Axios” portalının müxbiri Barak Ravid məlumat yayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, “Axios” ciddi mənbə hesab edilmir:
“Bu günə kimi yaydığı məlumatların böyük əksəriyyəti doğru çıxmayıb. Belə görünür ki, bu media orqanı daha çox çaşdırıcı məlumatlar yayır. Görünür, burada maraqlı qüvvələr var. ABŞ və İranın qarşılıqlı ultimatumları informasiya müharibəsinin bir hissəsidir və belə məqamları şərh etməyi doğru hesab etmirəm. Çünki o zaman bu informasiya müharibəsinin alətinə çevrilirsən. Müharibədən aylar öncə hərbi əməliyyatların qaçılmaz olduğu məlum olduğu kimi, bu müharibənin nəticəsi də məlumdur. Ona görə də, ABŞ-İran münasibətlərində yeni mərhələ mümkün deyil. Tramp belə məsələlərin incəliklərini bilməyə bilər, Vaşinqtonun siyasi elitası isə səhv etmir”.
Nuray Əliyeva