00:00:00
Yazar
Zəhra Həsənova
20.10.2026 20:00 41 3 dəq oxuma
Siyasət

ABŞ İrana qarşı hərbi əməliyyatları elə indi dayandıra bilər - TRAMP

ABŞ İrana qarşı hərbi əməliyyatları elə indi dayandıra bilər - TRAMP

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etmək imkanlarının aradan qaldırıldığını iddia edərək, ölkəsinin İrana qarşı hərbi əməliyyatları istənilən vaxt dayandıra biləcəyini bildirib. O, müharibənin noyabrın əvvəlində keçiriləcək aralıq seçkilərdən əvvəl və ya dərhal sonra başa çata biləcəyini də qeyd edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki,  Donald Trampın seçkilərdə qalib gəlmək və daxili imicini bərpa etmək üçün apardığı gərgin mübarizəni və onun yürütdüyü siyasətin respublikaçılar partiyasına vurduğu mənfi təsirləri vurğulayır.

 

“Tramp bu gün seçkiqabağı dövrdədir. Noyabrın 4-də seçkilər keçiriləcək və seçkiqabağı Tramp öz daxili imicini qorumağa çalışır. İmicini qorumaqdan başqa, bu seçkiləri qazanmaq üçün əlindən gələn hər şeyi edəcək. Çünki bu gün həm Trampın, həm də onun partiyasının imici o qədər də yaxşı vəziyyətdə deyil. Trampın yürütdüyü siyasət həm onun partiyasına, həm də siyasi kursuna ciddi təsir göstərib”.

 

Ekspert qeyd edir ki, İranla müharibə bu gün Hörmüz boğazında baş verən hadisələrlə birlikdə artıq müəyyən mərhələyə gəlib çatıb. Belə bir vəziyyətdə İsrail bir addım geridə qalır. Bu gün Amerika-İran müharibəsinin aktuallığını görürük və ABŞ İrana kapitulyasiya etdirmək, yaxud onu danışıqlar masasına oturtmaq üçün əlindəki bütün kartlardan istifadə edir. Bu kartların başında  hərbi əməliyyatlar dayanır. ABŞ qurudan hərbi əməliyyatlar həyata keçirə bilmədiyi üçün İranı dənizdən və havadan hərbi əməliyyatlarla təhdid edir. Eyni zamanda, İranın dəstəklədiyi proksi qüvvələrə də zərbələr endirilir və onların məhv edilməsi üçün bu gün bir koalisiya çərçivəsində fəaliyyət göstərilir. 


Ramiyə Məmmədovun sözlərinə görə, Tramp bu gün İranı kapitulyasiyaya məcbur etmək və danışıqlar masasına gətirmək üçün müxtəlif bəyanatlar verir. Bu bəyanatların hər biri İranın silahlarını yerə qoyaraq Amerikanın müəyyən etdiyi şərtlər əsasında danışıqlar masasına oturmasına yönəlib. Lakin İran buna razılaşmır. İranın dəfələrlə səsləndirdiyi bəyanatlardan da görünür ki, danışıqlar masasına gəldiyi zaman Amerikanın irəli sürdüyü tələblər müharibənin daha da qızışmasına gətirib çıxarır.


Seçkiqabağı dövrdə Trampın imicini qorumaq cəhdi müşahidə olunur. Ancaq bu gün müharibənin tamamilə başa çatması, sülh müqaviləsinin imzalanması hələlik mümkün görünmür. Çünki Tramp bu müharibəni dayandırmaq istədiyini bəyan etsə də, iqtisadi baxımdan həm Amerika büdcəsi, həm də öz şəxsi şirkətləri üçün böyük dividendlər əldə edir. Bu dividendlərdən imtina etmək isə hazırda onun üçün arzuolunan görünmür. Ona görə də müharibə davam edir.


ABŞ Yaxın Şərqdən, o cümlədən İraqdan müəyyən qədər geri çəkilməsinə baxmayaraq, regionda öz gücünü yenidən bərpa etməyə və nümayiş etdirməyə çalışır. Bunu həm İsrail, həm də digər tərəfdarları vasitəsilə həyata keçirir. Eyni zamanda, Amerika həm Yaxın Şərqdə, həm də digər regionlarda öz hegemonluğunu yenidən göstərməyə çalışır. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu müharibə hələ bir müddət davam edəcək.


Seçkiqabağı dövrdə Trampın imicini qorumaq cəhdi müşahidə olunur. Ancaq bu gün müharibənin tamamilə başa çatması, sülh müqaviləsinin imzalanması hələlik mümkün görünmür. Çünki əslində, Tramp bu müharibəni dayandırmaq istədiyini bəyan etsə də, iqtisadi baxımdan həm Amerika büdcəsi, həm də öz şəxsi şirkətləri üçün böyük dividendlər əldə edir. Bu dividendlərdən imtina etmək isə hazırda onun üçün arzuolunan görünmür. Ona görə də müharibə davam edir.


Siyasi şərhçi əlavə edir ki, ABŞ Yaxın Şərqdən, o cümlədən İraqdan müəyyən qədər geri çəkilməsinə baxmayaraq, regionda öz gücünü yenidən bərpa etməyə və nümayiş etdirməyə çalışır. Təbii ki, bunu həm İsrail, həm də digər tərəfdarları vasitəsilə həyata keçirir. Eyni zamanda, Amerika həm Yaxın Şərqdə, həm də digər regionlarda öz hegemonluğunu yenidən göstərməyə çalışır. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu müharibə hələ bir müddət davam edəcək.


Arzum Ağazadə

#baki #bilər #azərbaycan #elə #tramp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər