00:00:00
Yazar
Elmira Ağayeva
22.05.2026 20:48 69 2 dəq oxuma
Siyasət

ABŞ İranın mümkün addımından niyə narahatdır?

ABŞ İranın mümkün addımından niyə narahatdır?

ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazında rüsum rejimi tətbiq etməsinin diplomatik razılaşmanın əldə edilməsini qeyri-mümkün edəcəyini açıqlayıb.
Danışıqlarda müəyyən irəliləyişin olduğu vaxt bunun prosesi poza biləcəyi barədə xəbərdarlıq edib.


Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ dövlət katibi Marko Rubionun açıqlaması göstərir ki, Hörmüz boğazı məsələsi bu prosesdə ən həssas mövzulardan biridir:

“Teorik olaraq İran bölgədən keçən gəmilər üzərində əlavə nəzarət və müxtəlif ödəniş mexanizmləri yaratmağa cəhd edə bilər. Ancaq praktikada bu çox çətin və riskli addımdır. Çünki Hörmüz boğazı beynəlxalq enerji ticarətinin əsas marşrutlarından biridir. Burada sərt rüsum siyasəti təkcə ABŞ-nin deyil, Çin, Hindistan, Avropa və Körfəz ölkələrinin də maraqlarına toxunur. Bu isə İran üzərində beynəlxalq təzyiqi artırar. Hörmüz boğazı üzərində mümkün rüsum siyasəti ABŞ-İran danışıqlarında gərginliyi artıran məsələdir. Çünki Vaşinqton Hörmüz boğazının təhlükəsizliyini qlobal iqtisadi təhlükəsizlik məsələsi kimi görür. İranın burada iqtisadi və ya siyasi təzyiq aləti formalaşdırmağa çalışması ABŞ-dən danışıqlara paralel təhdid siyasəti kimi qəbul edilə bilər. Xüsusilə danışıqlarda müəyyən irəliləyiş fonunda belə addım etimadı zəiflədə bilər. Rubionun açıqlaması daha çox önləyici siyasi siqnal xarakteri daşıyır. Vaşinqton Tehrana mesaj verir ki, diplomatik kanal açıq qalsa da, Hörmüz boğazı üzərindən təzyiq siyasəti “qırmızı xətt” kimi qəbul edilə bilər. Eyni zamanda, ABŞ İran daxilində fərqli güc mərkəzlərinin, xüsusilə sərt xətt tərəfdarlarının prosesi poza biləcəyindən narahat olduğunu göstərir”.

Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər