00:00:00
Yazar
Zəhra Həsənova
08.05.2026 20:36 22 1 dəq oxuma
Siyasət

ABŞ kəşfiyyatı: İran blokadaya 3-4 ay davam gətirə bilər

ABŞ kəşfiyyatı: İran blokadaya 3-4 ay davam gətirə bilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitikləri hesab edir ki, İran ciddi iqtisadi problemlərlə üzləşmədən əvvəl ABŞ-nin mümkün dəniz blokadasına ən azı üç-dörd ay tab gətirə bilər.


Məlumata görə, sənədlə tanış olan mənbələr MKİ-nin bu həftə Ağ Ev rəsmilərinə təqdim etdiyi təhlildə İran iqtisadiyyatının qısa müddətli təzyiqlərə qarşı müəyyən dayanıqlılıq nümayiş etdirə biləcəyini qeyd edib. 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, ABŞ kəşfiyyatı Ukrayna ilə müharibəyə başlayan Rusiya ilə bağlı da oxşar proqnozlar verir:


"Amma Rusiya iqtisadiyyatı çətin də olsa sanksiyalara tab gətirib. İndi İranın sanksiyalara dözə bilməyəcəyi ilə bağlı nəzəriyyə ortaya qoyulur. İran isə illərdir iqtisadiyyatını sanksiyalar altında qorumağa çalışır. Bu isə ölkə iqtisadi sistemində müəyyən immunitet formalaşdırıb. Razıyam ki, sanksiyalar İrana ciddi təsirə malikdir, amma bu 3 ayda İranı çökdürəcək anlamına gəlmir. Hesab edirəm ki, İran qısa və orta müddətdə sanksiyalara tab gətirə bilər. Ancaq uzunmüddətli sanksiyaların İran üçün ciddi problemlər yaradacağını düşünürəm.
Məsələ burasındadır ki, İran nə danışıqlar masasında, nə də hərbi müstəvidə qorxaq davranır. İran diplomatik təzyiqlərə boyun əymir, hücumlara isə qarşılıq verir. Hörmüz boğazının bağlı qalması isə region, eləcə də dünya iqtisadiyyatını təhdid edir".


Aişə Mustafayeva

#azərbaycan #davam #i̇ran #bilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər