00:00:00
Yazar
Zəhra Həsənova
28.08.2026 22:45 157 1 dəq oxuma
Siyasət

ABŞ-Kanada F-35 razılaşması - DETALLAR

ABŞ-Kanada F-35 razılaşması - DETALLAR

Kanadanın ABŞ-dən F-35 qırıcı təyyarəsi almağı nəzərdən keçirdiyi iddia olunur. ABŞ mediasında yayılan məlumata görə, Ottava hərbi hava qüvvələrinin yenilənməsi çərçivəsində bu variantı dəyərləndirir. ABŞ-Kanada arasında ticarət müharibəsi fonunda F-35-lərin alqı-satqısı məsələsi müxtəlif suallar doğurur.

 

Mövzu ilə bağlı "İnformator.az" ARB24'ə istinadən bildirir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadənin fikirlərinə görə, Kanada ilə ABŞ arasında yaranan gərginlik onlar arasında olan ticarət anlaşması ilə bağlıdır:

 

"Kanada uzun illərdir ki, ABŞ ilə ticarətdə müəyyən güzəştlərə sahibdir, amma ABŞ Prezidenti Donald Tramp çalışır ki, müəyyən rüsumlar tətbiq etsin. Əgər ABŞ və Kanada arasında davam edən ticari böhran siyasi böhrana gətirib çıxaracaqsa, ABŞ administrasiyası Kanadanı F-35 proqramından çıxara bilər".

#f-35 #xəbər #razılaşması #detallar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər