00:00:00
Yazar
Zəhra Həsənova
17.09.2026 22:33 104 1 dəq oxuma
Siyasət

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır - ŞƏRH

ABŞ Konqresi Rusiyaya qarşı geniş sanksiyalar paketini səsverməyə çıxarır - ŞƏRH

ABŞ Konqresi Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini səsverməyə çıxarmağa hazırlaşır. Yeni tədbirlərin Moskvanın iqtisadiyyatına və beynəlxalq əlaqələrinə mümkün təsirləri diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı “İnformator. az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar paketinin səsverməyə çıxarılması yenilik deyil:

 

“Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçılıq siyasətindən bəri Amerika Birləşmiş Ştatları və Avropa dövlətləri Rusiyaya qarşı müxtəlif istiqamətli sanksiyalar müəyyənləşdirilib və zaman-zaman sanksiyaların müddətinin uzadılmasının şahidi olmuşuq. Yeni sanksiyalar da bu istiqamətdə olan məzmundadır. Çox güman ki, məqsəd Rusiyanın işğalçılıq siyasətinin dayandırılması və Rusiyanın normal beynəlxalq münasibətlər sistemində başqa aqressiyalarının aradan qaldırılmasına hesablanmış siyasi təsir vasitəsi kimi qəbul olunur”.

 

Politoloqun sözlərinə görə, yeni sanksiyalar ABŞ-Rusiya münasibətlərində ciddi gərginlik yaratmayacaq:

 

“Heç şübhəsiz ki, bu sanksiyaların ABŞ-nin Rusiyaya münasibətdə qəbul olunması Qərbin parçalanmış görünməsinə baxmayaraq, əslində, sanksiyalar məsələsində vahid strategiyaya malik olduğunun bir daha əyani göstəricisidir. Bu, son təsir vasitəsi olmayacaq. Yəqin ki, Ukraynanın həm hərbi, həm də iqtisadi baxımdan gücləndirilməsi prosesi müxtəlif forma və üsullarla həm Avropa dövlətləri, həm də ABŞ  həyata keçiriləcəkdir”.

 

Selcan Xudiyeva

#qarşı #azərbaycan #yeni #rusiyaya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər