00:00:00
Yazar
Admin User
20.06.2024 17:26 484 1 dəq oxuma
Maraqlı

ABŞ kosmosa ilk nigeriyalı astronavtı göndərəcək

ABŞ kosmosa ilk nigeriyalı astronavtı göndərəcək

Nigeriya və Amerikanın Kosmik Tədqiqatlar Agentliyi (SERA) ABŞ-ın Blue Origin korporasiyası ilə əməkdaşlıq edərək, ilk afrikalı astronavtı kosmosa göndərmək üçün müqavilə imzalayıb. Bu barədə “Vanguard” qəzeti məlumat yayıb.

 

 Nəşr ölkənin elm, innovasiya və texnologiya naziri Uçe Nacidən sitat gətirib: “İnsanların kosmosa uçuşu ölkəmizin təsadüfi istəyi deyil, Nigeriyanın 2001-ci ildə hökumətinin təsdiq etdiyi kosmik proqramı və siyasətinin mühüm məqsədidir”.

 

 Razılaşmaya əsasən, nigeriyalı astronavt 2024 və ya 2025-ci ildə kosmosa çıxacaq.

 

 May ayında SpaceNews xəbər verib ki, Amerika şirkəti Blue Origin New Shepard suborbital kosmik gəmisinin pilotlu buraxılışlarını bərpa edib.

 

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər