ABŞ-Kuba münasibətləri - ŞƏRH
Kuba ilə ABŞ arasında onsuz da gərgin olan münasibətlər yenidən diqqət mərkəzindədir. Havana Vaşinqtondan gələn mesajları suverenliyinə təhdid kimi qiymətləndirir və Kubanın heç bir imperiyanın müstəmləkəsinə çevrilməyəcəyini bəyan edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, Kuba tərəfinin bu məsələyə reaksiya verməsini ənənəvi ABŞ-Kuba münasibətlərindəki gərginlikdə axtarmaq lazımdır:
"Bu kimi psixoloji savaş elementlərinə reaksiya verməklə, kubalıların təbirincə desək amerikan işğalına səssiz qalmayacaqlarını, sona qədər öz müstəqilliklərini qoruyacaqları ilə bağlı nümayiş etdirdikləri mövqedir".