00:00:00
Yazar
Zəhra Həsənova
15.10.2026 22:51 43 2 dəq oxuma
Siyasət

ABŞ Latın Amerikasında narkotiklərlə mübarizə üçün hərbçilər yerləşdirir - ŞƏRH

ABŞ Latın Amerikasında narkotiklərlə mübarizə üçün hərbçilər yerləşdirir - ŞƏRH

ABŞ narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Latın Amerikasında hərbi fəaliyyətini genişləndirir. Bu məqsədlə bölgəyə yüzlərlə amerikalı hərbçi göndərilir.

 

Artıq 600-ə yaxın ABŞ əsgərinin Panamaya yerləşdirilməsinə başlanılıb. Onların Kolumbiya və Hondurasın silahlı qüvvələri ilə birgə təlimlərdə iştirak edəcəyi bildirilir. Bundan başqa, ABŞ-nin 10-cu Dağ Diviziyasının bir neçə yüz hərbçisinin Mayamiyə göndərilməsi nəzərdə tutulur.

 

ABŞ hərbi rəsmiləri hesab edir ki, keçiriləcək təlimlər bölgədə fəaliyyət göstərən narkotik şəbəkələrinə qarşı əməliyyat imkanlarını artıracaq.

 

Politoloq Azad Məsiyevin fikrincə, Vaşinqtonun Latın Amerikasında hərbi iştirakını yalnız narkotiklərlə mübarizə məqsədi ilə əlaqələndirmək kifayət deyil. Onun sözlərinə görə, ABŞ bu addımlarla regiondakı strateji və siyasi mövqelərini də möhkəmləndirməyə çalışır.

 

Politoloq ABŞ-nin Venesuela ilə bağlı siyasətini nümunə göstərərək bildirib ki, narkotiklərlə mübarizə və təhlükəsizlik məsələləri Vaşinqtonun regiondakı siyasətində müxtəlif məqsədlərlə istifadə olunan əsas mövzulardan birinə çevrilib. Ekspert Kanada və Panama ilə bağlı ABŞ-nin mövqeyinin də Vaşinqtonun regional təsir imkanlarını genişləndirmək cəhdlərini göstərdiyini qeyd edib.


Onun sözlərinə görə, xüsusilə, Panama kanalı ətrafında ABŞ və Çin arasında rəqabət regionun strateji əhəmiyyətini artırır. Bu baxımdan ABŞ hərbçilərinin bölgədə sayının artırılması yalnız təhlükəsizlik deyil, həm də geosiyasi proseslər kontekstində qiymətləndirilə bilər.

 

Azad Məsiyev hesab edir ki, ABŞ-nin regionda hərbi fəallığının artması Latın Amerikası ölkələrini öz təhlükəsizliklərini təmin etmək üçün daha sıx əməkdaşlığa sövq edə bilər. Bu proses eyni zamanda beynəlxalq münasibətlərdə böyük dövlətlərin siyasi, iqtisadi və hərbi təsir imkanlarının artması ilə bağlı narahatlıqları da gücləndirə bilər.


Sevgi İbrahimova

#xəbər #baki #latın #gündəm #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər