ABŞ-nin Daimi Nümayəndəsi: Pentaqon İrana qoşun göndərmək üçün plan hazırlayıb
ABŞ Müdafiə Nazirliyi prezident Donald Trampın bütün mümkün variantlara sahib olmasını təmin etmək məqsədilə İrana Amerika qoşunlarını yerləşdirmək planları hazırlayıb.
“İnformator.az” xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Pentaqonun bütün ssenarilər üçün plan quracağı tam gözləniləndir: "Onlar prezidentə təlim keçmiş, döyüşə hazır və yaxşı təchiz olunmuş əsgərlər, dənizçilər, hava qüvvələri və dəniz piyadaları ilə seçimlər təqdim edirlər".