00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
28.08.2026 20:16 156 2 dəq oxuma
Siyasət

ABŞ -nin Hörmüzlə əlaqəsi kəsilir?

ABŞ -nin Hörmüzlə əlaqəsi kəsilir?

 

ABŞ-İran qarşıdurması və Hörmüzdə davam edən gərginlik enerji bazarları və regional təhlükəsizlik üçün riskləri artırır.

 

Mövzu ilə "İnformator.az"a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin Hörmüz boğazı ilə əlaqəsinin tam kəsildiyini söyləmək doğru olmaz:

 

“Vaşinqton birbaşa danışıqlardan müəyyən qədər geri çəkilsə də, bölgədəki hərbi mövcudluğu, İran limanlarına tətbiq etdiyi blokada, sanksiyalar və dəniz yollarının təhlükəsizliyində iştirakı vasitəsilə prosesin əsas tərəflərindən biri olaraq qalır. Sadəcə, hazırda diplomatik təşəbbüs daha çox Qətər və Omanın əlinə keçir. İran boğazın açılmasını ABŞ-nin blokadanı aradan qaldırması və sanksiyalarla bağlı addımlar atması ilə əlaqələndirir. Buna görə də baş verənləri ABŞ-nin Hörmüzdən uzaqlaşması deyil, birbaşa təmasdan dolayı təzyiq və vasitəçilərlə idarəetmə mərhələsinə keçməsi kimi qiymətləndirmək olar”.


Politoloqun sözlərinə görə,Hörmüzdə gərginliyin davam etməsi ilk növbədə neft və maye qaz daşımalarını, enerji qiymətlərini və qlobal inflyasiyanı təzyiq altında saxlayacaq. 


Gəmi hərəkətinin normal səviyyədən xeyli aşağı qalması nəqliyyat və sığorta xərclərini artırmaqla yanaşı, Körfəz ölkələrinin ixrac imkanlarına və xüsusilə Asiyanın enerji təhlükəsizliyinə ciddi risk yaradır. ABŞ üçün isə məsələ təkcə enerji deyil, həm də regiondakı təhlükəsizlik təminatlarının etibarlılığıdır; Vaşinqton boğazda sabitliyi bərpa edə bilməsə, Körfəz dövlətləri alternativ siyasi və müdafiə tərəfdaşları axtarmağa daha çox meyil göstərə bilər. 

Politoloq qeyd edib ki,ABŞ və İran qüvvələrinin bu qədər yaxın məkanda qarşı-qarşıya dayanması kiçik bir insidentin belə yeni hərbi toqquşmaya çevrilməsi təhlükəsini artırır. Buna görə Hörmüz böhranının həlli bütövlükdə Yaxın Şərqdə qüvvələr balansına təsir göstərəcək strateji məsələdir.

Qənizadə Nurgün

#azərbaycan #yeni #əlaqəsi #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər