00:00:00
Yazar
Nərmin Həşimova
14.05.2026 16:19 12 1 dəq oxuma
Siyasət

“ABŞ-nin əsas niyyəti İranla müəyyən anlaşmanın imzalanmasıdır”- ŞƏRH

“ABŞ-nin əsas niyyəti İranla müəyyən anlaşmanın imzalanmasıdır”- ŞƏRH

Pentaqon İrana qarşı hərbi əməliyyatların xərclərini açıqladı. ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ümumi dəyəri artıq 29 milyard dollara yaxınlaşır.

ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə çıxış edən Herst bildirib ki, hazırda real xərclər 29 milyard dollara yaxındır. C.Herstin sözlərinə görə, bu məbləğə hərbi texnikanın təmiri və yenilənməsi, həmçinin regiondakı şəxsi heyətin saxlanılması ilə bağlı əməliyyat xərcləri də daxildir.

 

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator. az”a açıqlamasında bildirib ki, ABŞ-nin İran əməliyyatlarındakı xərclər ilə bağlı müxtəlif fikirlər səsləndirilir:


“Bəzi iddialara görə, indiyə qədər 71 milyard dollar vəsait xərclənib. ABŞ müdafiə nazirinin Konqresdə çıxışı zamanı bu rəqəmin 29 milyard dollar olduğu bildirildi. Bu savaş ABŞ üçün kifayət qədər ağır maliyyə yükü deməkdir. Hər gün təxminən 1 milyard dollara yaxın vəsait xərclənirdi. ABŞ-nin müharibə başlayanda ilk hədəfi ondan ibarət idi ki, rejim dəyişdirilsin, ABŞ yönlü qüvvələr hakimiyyətə gəlsin və İranın enerji resurslarına ABŞ nəzarət etsin. Amma bu alınmadı. Hazırda ABŞ-nin əsas niyyəti İranla müəyyən bir anlaşmanın imzalanmasıdır. Məhz bu anlaşmanın əsas şərtlərindən biri İranın nüvə silahına malik olmamasıdır. Yaxın Şərqdəki əməliyyatlar nəinki regiona, o cümlədən qlobal səviyyədə ciddi təsirlərə malikdir, artıq dünya iqtisadiyyatı və enerji bazarı neqativ təsirlərini çəkməkdədir”.


Nurgün Qənizadə

#ABŞ #İran #xərc #hərbi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər