00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
07.08.2026 22:19 26 3 dəq oxuma
Siyasət

ABŞ-nin silah ehtiyatları tükənir?-AÇIQLAMA

ABŞ-nin silah ehtiyatları tükənir?-AÇIQLAMA

 

ABŞ-da silah-sursat ehtiyatlarının vəziyyəti ilə bağlı yayılan iddialar ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Prezident Donald Tramp bu iddiaları yayan şəxslərin məsuliyyətə cəlb olunacağını bildirərək, ölkənin kifayət qədər silah-sursat ehtiyatına malik olduğunu vurğulayıb.Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov bildirib ki,Birləşmiş Ştatların İranla müharibəsi zamanı özünün hərbi ehtiyatlarının bir hissəsinin istifadə edilməsi ilə bağlı məlumatlar məhz Birləşmiş Ştatların mətbuat orqanlarında işıq üzü görmüşdür:"

 

Pentaqona istinad edərək həmin media orqanları vurğulayırdılar ki, ABŞ-da xüsusən də “Patriot” raket sistemlərinin istifadəsi demək olar ki, tamamilə tükənib və bu da nəticə etibarilə Birləşmiş Ştatların müdafiə qabiliyyətinə öz mənfi təsirini göstərməkdədir.  Birləşmiş Ştatlar Prezidenti Donald Trampın hansısa bir formada bütün bunları təkzib etməsinə baxmayaraq, bu, bir həqiqətdir.
Körfəzdə hərbi əməliyyatların aparılması, İrana qarşı hücumların həyata keçirilməsi nəticə etibarilə müdafiə silahlarının xeyli dərəcədə istifadəsinə gətirib çıxardır. Eyni zamanda, hücum silahlarının da xeyli dərəcədə istifadəsi ilə nəticələndi".

 

Siyasi şərhçi bildirib ki,  Ukraynaya yenidən silah tədarükü ilə bağlı Birləşmiş Ştatların buna o qədər diqqət ayırmamasına, bu da xüsusən də İranla müharibə ilə əlaqədardır:"Daha çox diqqət bura yönəlib, çünki müharibə hələ tam, demək olar ki, bitməyib. ABŞ-ın da İranla bağlı planlarına, qarşıya qoyduğu məqsədlərinə tam nail ola bilmədiyinə görə həmin arsenalın daha çox o istiqamətdə yönəldilməsinə xüsusi önəm verilir. Təbii ki, bu da nəticə etibarilə Ukraynanın müdafiə qabiliyyətinin zəifləməsinə gətirib çıxaran bir faktordur.
Bundan öncə də Ukrayna Prezidenti Zelenski Birləşmiş Ştatlardan 300 ədəd raket sistemi, xüsusən “Patriot” raket sistemlərini istəmişdir ki, bu da əsasən Rusiyanın hava məkanında Ukraynanın, Rusiya tərəfindən Ukraynanın hava məkanında üstünlüyünün qarşısını almaq məqsədi güdürdü. Lakin Birləşmiş Ştatlar Prezidenti Zelenskinin bu istəyini həyata keçirmədi. Bundan əvvəlcə də hətta Ukrayna tərəfi Rusiyanın içərilərinə vurmaq üçün “Tomahawk” raketlərini də tələb etmişdi. Bu, yüksək sürətli, aşağı uçuş sistemidir ki, bu da radarlara görünmür və dağıdıcı gücü də çox böyükdür. Lakin Birləşmiş Ştatlar imtina elədi. Bu, həm onunla izah olundu ki, Rusiyanın içərilərinə doğru bu hücumları təşkil etməsi Moskvanın adekvat cavablar atmasına gətirib çıxara bilər. Kreml tərəfindən belə bir xəbərdarlıq alınmışdır ki, əgər Birləşmiş Ştatlar həmin silahları, həmin raketləri Ukraynanın əlinə verərsə, bu, artıq Birləşmiş Ştatlar tərəfindən Rusiyaya edilmiş bir hücum kimi qiymətləndiriləcək və bunun da cavabı veriləcək. Görünür, bu təhdid də Vaşinqtonu çəkindirici bir hala gətirdi və ona görə də həmin raketləri, həmin sistemləri verməkdən imtina etdi.


Məsələnin digər tərəfi ondan ibarətdir ki, Donald Tramp əvvəlcədən pul istəyir, sonra həmin sistemləri tədarük etməyə üstünlük verir. Çünki bundan qabaq onun iddiasına görə, Birləşmiş Ştatlar 300 milyard dollar məbləğində maliyyə vəsaiti, silah vəsaiti edib, amma onun qarşılığını görməyib. Yəni bu, həm də bir əsas kimi göstərilir. Ona görə də hesab edirəm ki, əgər Birləşmiş Ştatlar həmin o silahları Ukraynaya tədarük etsə, bu, Ukrayna-Rusiya müharibəsində ciddi dönüş nöqtəsinə gətirib çıxaracaq bir hal olacaq. Çünki həmin silahların tədarükü həm Ukraynanın Rusiyanın daha dərin nöqtələrini, strateji hədəflərini vurmasına böyük dəstək olardı, eyni zamanda, o müdafiə sistemlərinin tətbiqi, müdafiə sistemlərinin quraşdırılması da Ukraynanın hava məkanını daha etibarlı qoruya bilərdi ki, bu da Rusiyanın havada üstünlüyünü demək olar ki, minimuma endirərdi.Bununla bağlı hələ ki, Qərb müttəfiqlərinin də çağırışlarına ciddi məhəl qoyulmur. Düşünmürəm ki, İranla bağlı məsələlərin həllindən sonra Ağ Ev yenidən həmin silahların, həmin sistemlərin Ukraynaya verilməsini düşünə bilər".


Mehriban Yariyeva

#azərbaycan #xəbər #yeni #tükənir?-açiqlama
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər