00:00:00
Yazar
Admin User
20.11.2025 17:58 219 2 dəq oxuma
Sosial

ABŞ-nin Ukraynaya yeni “Patriot” dəstəyi

ABŞ-nin Ukraynaya yeni “Patriot” dəstəyi

ABŞ Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə “Patriot” sistemlərinin modernləşdirilməsi üçün 105 milyon dollarlıq yeni yardım paketini təsdiqləyib. Bu barədə Pentaqon rəsmi məlumat yayıb.

 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev “İnformator.az”a bildirib ki, ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərinin istifadə etdiyi raketlərin modernləşdirilməsi bir neçə məqsəd daşıyır:

 

“Əsas məqsədlərdən biri radiolokasiya sistemlərinin proqram təminatının yenilənməsi və bununla da ballistik raketlərin ələ keçirilmə imkanlarının yaxşılaşdırılmasıdır. Modernləşdirmə çərçivəsində raketin məhvetmə elementlərinin ümumi kütləsi artırılır, döyüş başlığının və radiopartlayıcı elementlərin imkanları gücləndirilir. Radiolokasiya stansiyalarının imkanlarının artırılması isə hədəflərin daha geniş ərazidə, daha uzaq məsafələrdə aşkarlanmasına və izlənməsinə şərait yaradır. Başqa sözlə desək, komplekslərin və raketlərin modernləşdirilməsi daha geniş ərazilərin hava hücumundan müdafiəsini təşkil etməyə, taktiki ballistik raketlərdən qorunmanı təmin etməyə və ümumilikdə əvvəlkindən dörd dəfə çox ərazinin müdafiəsinə imkan yaradır. ‘Patriot’ komplekslərinin modernləşdirilməsi, təbii ki, Ukraynanın hava hücumundan müdafiə potensialını müəyyən qədər artıracaq. Amma bu komplekslərin ümumi sayı Ukraynanın bütün ərazisinin etibarlı müdafiəsini təmin etməyə yetmir. Səbəb isə komplekslərin sayının məhdud olmasıdır”.

 

Onun sözlərinə görə, modernləşdirmə prosesini Rusiya müsbət qarşılamır, lakin bu, əlavə risk yaratmır:

 

“Rusiya Ukraynanın tam məğlubiyyətinə nail olmadığı müddətdə daha genişmiqyaslı və daha güclü cəbhə müharibəsi aparmaq istəməz. Bu, Kremlin hərbi-iqtisadi potensialına uyğun deyil. Rusiya Avropa İttifaqı ilə müharibəni ən azı iki ildən sonra, Ukrayna isə mövcud müharibədə strateji məqsədlərinə müəyyən qədər nail olduqdan sonra başlaya bilər”.

 

Fatimə Hüseynli

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər