00:00:00
Yazar
Asiman Vəliyeva
15.02.2026 15:59 11 2 dəq oxuma
Siyasət

ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlib

ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Ceyms Devid Vens fevralın 10-da Azərbaycan Respublikasına rəsmi səfər edib.
Hər  iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ABŞ-nin vitse-prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri mühüm hadisədir:


“İlk növbədə, bu, ölkəmizə diqqətin təzahürüdür. Dünyanın ən güclü dövlətinin önəmli şəxsinin Azərbaycana səfəri və mühüm sənədin imzalananması tarixi əhəmiyyət daşıyan vacib məsələdir. Azərbaycan dövlət başçısının yürütdüyü siyasət nəticəsində ABŞ kimi böyük bir dövlət Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayıb. Bu, Azərbaycanın beynəlxalq imicinə də böyük üstünlük gətirən addımdır. ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycan əsas rolda çıxış edərək mühüm iqtisadi layihələrin həyata keçirilməsində yer alacaq”.


Əlavə olaraq politoloq bildirib ki, ABŞ-nin vitse-prezidentinin Azərbaycana səfəri eyni zamanda təhlükəsizlik məsələlərində də mümüm təsirə malikdir:


“Bu səfərdən doğan nəticələrə əsasan demək olar ki, yeni bir mərhələyə qədəm qoyulur və regionda Azərbaycanın həm nüfuzu həm də rolu artacaq. ABŞ-nin də iştirakı ilə bir sıra mühüm ticari, iqtisadi və başqa sahələrdə layihələr həyata keçiriləcək, Ermənistanla sülh şəraitinin yaratdığı münbit durum buna zəmin yaradacaqdır. Ümumiyyətlə, bu səfərin bir çox siyasi yönləri də var. Hazırki durumda Rusiya region ölkələrinə qarşı sistemli şəkildə təsirini qoruyub saxlamaq istəyir. Lakin həm Ermənistanın həm də Azərbaycanın ABŞ ilə yaxınlaşması, eyni zamanda Türkiyənin güclənməsi Moskvanın təsirini və rolunu azaldır. Daimi münaqişələr vasitəsi ilə öz rolunu qoruyub saxlayan Rusiya regionda daha gərginlik yarada bilməyəcək. ABŞ-nin vitse-prezidentinin həm Ermənistana həm də Azərbaycana səfəri artıq regionun Vaşinqtonun diqqətində olduğunu nümayiş etdirib. ABŞ ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı və yeni sənədlərin imzalanması həm ölkəmiz üçün həm də ümumilikdə region üçün sülh və sabitlik şəraitində inkişafın davamlı olmasına gətirib çıxaracaq”.


Səadət Əlizadə

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər