00:00:00
Yazar
Elmira Ağayeva
17.07.2026 21:11 31 1 dəq oxuma
Siyasət

ABŞ-nin zərbələri İrana həm hərbi, həm də siyasi mesajdır”-ŞƏRH

“ABŞ-nin zərbələri İrana həm hərbi, həm də siyasi mesajdır”-ŞƏRH

ABŞ-nin İrana qarşı yeni hərbi zərbələrə başlaması Yaxın Şərqdə gərginliyi yenidən artırıb. Baş verən son hadisələr regionda təhlükəsizlik, diplomatik proseslər və qlobal enerji bazarlarına mümkün təsirlərlə bağlı narahatlıqları daha da gücləndirib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-nin İrana qarşı yeni hərbi zərbələrə başlaması Vaşinqtonun Tehranın hərbi potensialını və xüsusilə də regionda istifadə etdiyi strateji imkanları zəiflətmək niyyətindən irəli gəlir:


“Bununla yanaşı, bu addım İran rəhbərliyinə təzyiqi artıraraq onu daha sərt şərtlərlə danışıqlara sövq etmək cəhdi kimi də qiymətləndirilə bilər. ABŞ, həm də bölgədəki müttəfiqlərinə, xüsusilə İsrail və Körfəz ölkələrinə təhlükəsizlik təminatını gücləndirdiyini nümayiş etdirir. Bu baxımdan zərbələr təkcə hərbi deyil, həm də siyasi və psixoloji mesaj xarakteri daşıyır. Bu hücumlar Yaxın Şərqdə hərbi qarşıdurmanın daha geniş coğrafiyaya yayılması riskini əhəmiyyətli dərəcədə artırır. İranın birbaşa və ya özünə yaxın silahlı qruplar vasitəsilə cavab verməsi ehtimalı regionda yeni cəbhələrin açılmasına səbəb ola bilər. Belə bir ssenari yalnız ABŞ-İran münasibətlərini deyil, həm də Hörmüz boğazı, Qırmızı dəniz və digər strateji marşrutlar vasitəsilə qlobal enerji bazarını və beynəlxalq ticarəti təzyiq altında saxlaya bilər. Buna görə də qarşıdakı günlərdə hadisələrin inkişafı həm regional, həm də beynəlxalq təhlükəsizlik baxımından həlledici əhəmiyyət daşıyacaq”.

 

Nuray Əliyeva

#ABŞ #İran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər