ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq
“Əgər vəziyyət nəzarətdən çıxsa, İran həm də Bab əl-Məndəb boğazını bağlayacaq”, - anonim rəsmi vurğulayıb.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, gərginlik fonunda tərəflər arasında qarşılıqlı təhdidlər davam edir, amma hazırda atəşkəs elan olunub:
"Hazırda 2 həftəlik atəşkəs elan olunub. Aprelin 10-da Devensin başçılıq etdiyi nümayəndə heyəti, o cümlədən Stiv Uitkoff və Cared Kuşner danışıqlarda iştirak edəcək. Danışıqlar 10 apreldə baş tutacaq. İran tərəfini isə Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Atəşkəs barədə müxtəlif dövlət başçıları, o cümlədən Avropa İttifaqı və ona üzv olan ölkələrin rəhbərləri bəyanat verərək bildiriblər ki, bu hal sülhə doğru bir addımdır".
Müsahib vurğulayıb ki, tərəflər hələ də bir-birini ittiham edir və mövqelər arasında ciddi fərqlər qalmaqdadır:
"Hər iki tərəf bir-birinə qarşı sərt və ultimativ tələblər irəli sürür. Əsas müzakirə mövzularından biri İranın Hörmüz boğazı ilə bağlı mövqeyidir. Böyük ehtimalla, qeyd olunan tarixdə yekun nəticə əldə olunmayacaq və proses bir müddət davam edəcək. Hörmüz boğazı və Bab əl-Məndəb boğazı region üçün mühüm strateji keçidlərdir. Bab əl-Məndəb boğazı xüsusilə, tanker daşımaları üçün əhəmiyyətlidir. Bu boğazların bağlanması dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər. ABŞ və İsrail tərəfi bəyan edib ki, İranın Tehranda yerləşən təxminən 10 milyard dollar dəyərində enerji infrastrukturunu hədəfə ala bilərlər. Buna cavab olaraq İran da Səudiyyə Ərəbistanında enerji obyektlərinə zərbə endirə biləcəyini bildirib. Bu gərginlik fonunda tərəflər arasında qarşılıqlı təhdidlər davam edir, amma hazırda atəşkəs elan olunub".
Səmayə Səftərova