00:00:00
Yazar
Zəhra Həsənova
07.05.2026 22:12 25 2 dəq oxuma
Siyasət

ABŞ Oman körfəzində İran tankerinə atəş açıb

ABŞ Oman körfəzində İran tankerinə atəş açıb

ABŞ hərbi qüvvələri Oman körfəzində İran bayrağı altında üzən tankeri atəşə tutaraq hərəkətsiz vəziyyətə salıb.

Məlumata əsasən, İran limanına doğru hərəkət edən “Hasna” adlı tanker mayın 6-da ABŞ qüvvələrinin çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb. Bundan sonra ABŞ hərbçiləri məcburetmə tədbirlərinə əl atıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, Oman körfəzindəki hadisə bir daha sübut edir ki, İran Amerika düşərgəsində atəşkəs olduqca kövrəkdir:

 

"Bu istənilən bir vaxt daha dəhşətli hərbi əməliyyatlara çevrilə bilər. İran Amerika düşərgəsində nə qədər ki, qəti və hərtərəfli sülhə nail olunmayıb, genişlənən müharibə vəziyyəti bir təhlükə olaraq mövcuddur. Eyni zamanda təsdiqlənir ki, nə tam müharibə, nə də tam sülh vəziyyəti hökm sürür. Bu vəziyyətdə isə heç bir ölkənin, nə İranın, nə də Amerikanın nə edəcəyini proqnozlaşdırmaq çətindir. Amma hadisələr göstərir ki, Amerikanın nə müharibə, nə də sülh məsələsində ardıcıl taktikası və strategiyası yoxdur. Oman körfəzində İran gəmisinin atəşə tutulması Amerikanın əslində öz mövqeyinə zidd hərəkət etməsini ifadə edir. Ona görə ki, azadlıq layihəsindən imtina, Azadlıq layihəsinin icrasını müvəqqəti dayandıranda Tramp bildirmişdi ki, Amerikanın istənilən bir gəmisinə İranın hücum etməsi çox ağır zərbələrə səbəb olacaq. Amma faktiki biz görürük ki, İranın hər hansı bir zərbə mövqeyi tutmama tutmadan Amerika artıq İran hədəflərinə zərbə vurur. Bu o deməkdir ki, Amerika əslində atəşkəs məsələsində də ardıcıl deyil. Bu kimi addımlarla Amerikanın gözlənilən sülh danışıqlarında və yaxud da gedən sülh danışıqlarında İrana təzyiq göstərmək siyasəti kimi başa düşülə bilər. Ancaq bütün hallarda həm Hörmüz boğazının açılması, həm də İran Amerika sülhünün hazırlanması üçün proseslər sürətli şəkildə aparılmalıdır. Ona görə ki, müharibənin subyektiv qaydada ya İran ya da ki, Amerikanın dayandırması çıxış yolu deyil. Çünki ortada çox ciddi ziddiyyətlər var. Hər iki tərəf maksimum ambisiyaların üzərindədirlər və bu məsələlərlə bağlı kompromis və yaxud da ki, ortaq bir mövqe tapılmayınca istənilən qorxulu hadisələrin şahidi ola bilərik. Bu gün Hörmüz boğazı Oman körfəzində İran gəmisinin vurulması daha böyük hərbi əməliyyatların başlanğıcı da ola bilər. Ona görə ki, Bu cür hadisələr təkrar olunduqca, İranın bunlara cavab vermək üçün əsasları yaranır. İranın və yaxud da ki, Amerikanın hər hansı bir hücuma, zərbəyə verəcəyi cavab isə hərbi əməliyyatların yenidən bərpa olunması deməkdir. Bir sözlə, sülh olduqca kövrəkdir, atəşkəs olduqca kövrəkdir. Onun möhkəm sülhə çevrilməsi üçün Amerika da, İran da lazımlı addımlar atmalıdırlar. Amma hazırki vəziyyətin təhlili göstərir ki, konkret olaraq Amerikanın nə aydın nə də müharibə strategiyası yoxdur".

 

Aişə Mustafayeva

#yeni #körfəzində #oman #gündəm #açıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər