00:00:00
Yazar
Zəhra Həsənova
07.04.2026 22:01 20 2 dəq oxuma
Siyasət

ABŞ Prezidenti: İran üçün son tarix sabahdır

ABŞ Prezidenti: İran üçün son tarix sabahdır

Tramp İrana ultimatumunun son tarixinin sabah bitdiyini xatırladıb.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Tramp 48 saat vaxt verərək İrandan Hörmüz boğazının açılmasını tələb edib. Əks halda, İranın enerji və mülki infrastrukturuna zərbələr endiriləcəyi ilə bağlı sərt bəyanatlar səsləndirilib:


"Hazırda dünyanı narahat edən əsas suallardan biri Donald Trampın İrana qarşı açıqladığı addımları həyata keçirib-keçirməyəcəyi və bunun mümkün nəticələridir. Məlum olduğu kimi, Tramp 48 saat vaxt verərək İrandan Hörmüz boğazının açılmasını tələb edib. Əks halda, İranın enerji və mülki infrastrukturuna zərbələr endiriləcəyi ilə bağlı sərt bəyanatlar səsləndirilib. Bununla belə, əvvəllər də oxşar hədələrin səsləndirilməsi və müddətlərin uzadılması halları baş verdiyi üçün hadisələrin inkişafını dəqiq proqnozlaşdırmaq çətindir. Hazırda verilən ultimatumun son mərhələyə çatdığı qeyd olunsa da, mümkün hərbi əməliyyatların başlanıb-başlanmayacağı qeyri-müəyyən olaraq qalır. ABŞ-nin hərbi potensialı İrana ciddi zərbələr endirməyə imkan versə də, ölkəni tam şəkildə sıradan çıxarmaq real görünmür. Digər tərəfdən, İranın da cavab imkanları mövcuddur və rəsmi Tehran artıq qarşı tərəfə sərt reaksiya verəcəyini bəyan edib. Bu isə münaqişənin daha geniş miqyasda eskalasiyası riskini artırır".


Müsahib vurğulayıb ki, ehtimal olunur ki, tərəflər arasında qarşıdurma birbaşa genişmiqyaslı müharibədən daha çox, dövri zərbələr və qarşılıqlı təzyiqlərlə müşahidə olunan uzunmüddətli gərginlik mərhələsinə keçə bilər:


" Bu prosesdə xüsusilə Hörmüz boğazının bağlı qalması qlobal enerji bazarına ciddi təsir göstərir, neft qiymətlərinin artmasına səbəb olur və dünya iqtisadiyyatında narahatlıq yaradır. Avropa ölkələri də vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. Məsələn, Fransa və İtaliya mövcud gərginliyin iqtisadi nəticələrinə diqqət çəkirlər. İranın bəzi ölkələrə boğazdan istifadə ilə bağlı güzəşt siqnalları verməsi isə vəziyyətin daha mürəkkəb xarakter aldığını göstərir. Ümumilikdə, tərəflər arasında mövqelər kəskin şəkildə fərqlənir. ABŞ İranın nüvə proqramının tam dayandırılmasını və strateji keçidlərin açıq qalmasını tələb edir. İran isə öz növbəsində təhlükəsizlik təminatı, nüvə fəaliyyətinin davam etdirilməsi və müəyyən hüquqi- iqtisadi şərtlərin qəbulunu irəli sürür. Mövcud ziddiyyətlər fonunda yaxın perspektivdə razılaşma əldə olunması çətin görünür və qarşıdurmanın davam edəcəyi ehtimal olunur".


Səmayə Səftərova

#gündəm #sabahdır #baki #son #prezidenti:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər