00:00:00
Yazar
Zəhra Həsənova
17.02.2026 18:07 9 2 dəq oxuma
Siyasət Özəl

ABŞ-Qətər Münasibətləri: Regionda sabitlik və vasitəçilik məqsədi

ABŞ-Qətər Münasibətləri: Regionda sabitlik və vasitəçilik məqsədi

Qətər Dövlətinin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə ABŞ dövlət katibi Marko Rubio telefon danışığı zamanı strateji münasibətlərin inkişafını müzakirə ediblər, bu barədə Qətər Xarici İşlər Nazirliyi sosial mediada məlumat yayıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, ABŞ-Qətər dialoqunun intensivləşməsi fonunda qeyd olunmalıdır ki, Qətər Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə əsas müttəfiqlərindən biridir:

 

"ABŞ-nin regiondakı ən böyük hərbi bazası da məhz Qətərdə yerləşir. Məlumdur ki, Qətər Yaxın Şərqdəki münaqişələrin həllində ABŞ ilə qarşı tərəf arasında daim vasitəçi rolunu oynayıb. Bunu Qəzza məsələsində, Fələstin–İsrail münaqişəsində, eləcə də ABŞ-İran münasibətlərində müşahidə etmək mümkündür. Qətər Yaxın Şərqdəki siyasi proseslərdə ABŞ ilə müttəfiqlik əlaqələrindən və qarşılıqlı etimaddan istifadə edərək gərginliyin daha da artmasının qarşısını almağa çalışır və bir çox hallarda buna nail olur. ABŞ də Qətərə etibarlı tərəfdaş kimi yanaşır. Bu əməkdaşlıq uzun müddətdir davam edir və digər regional oyunçuların mövqeyinə ciddi təsir göstərdiyi düşünülmür. Qətərin Türkiyə ilə də yaxın müttəfiqlik münasibətləri mövcuddur. Bu baxımdan, hər hansı təsir dairəsinin formalaşacağı ehtimalı real görünmür. Əksinə, bu dialoqun və müttəfiqliyin daha da inkişaf etdirilməsində ABŞ də maraqlıdır. Hazırda ABŞ ilə İran arasında danışıqlar aparılsa da, mümkün hərbi ssenari tam istisna edilmir. Bu səbəbdən Yaxın Şərqdə və yaxın müttəfiqlərlə təmasların daha da intensivləşməsi gözləniləndir. Regionda münaqişələr tam həll olunmadığı üçün ABŞ-Qətər əlaqələrinin aktiv şəkildə davam edəcəyi ehtimal olunur". 
 

Qəmər Kazımzadə

#azərbaycan #xəbər #məqsədi #abş-qətər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər