ABŞ Rusiyada pnevmonik taunla bağlı xəbərdarlıq yayılır
ABŞ-nin Rusiyadakı səfirliyi İrkutsk vilayətində pnevmonik taun şübhəsi ilə bağlı tibbi xəbərdarlıq yayıb. Səfirlik bölgədə karantin tədbirlərinin tətbiqi və xəstəxanaların bağlanması barədə məlumatların yayıldığını bildirib. Pnevmonik taun nəfəs yolları ilə yayıldığı üçün ciddi epidemioloji təhlükə yarada və geniş əraziyə yayıla bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, pnevmonik taun ciddi epidemioloji risk yaradır:
"Pnevmonik taun ciddi epidemioloji risk yaradır. Xəstəlik nəfəs yolları vasitəsilə yayıla bildiyi üçün yoluxan insanların digər insanlarla təması nəticəsində daha geniş əraziyə yayıla bilər. Xəstəlik ölümcül təsirə malikdir".
Ekspertin qiymətləndirməsinə əsasən, ABŞ səfirliyinin tibbi xəbərdarlıq yayması xəstəliyin mümkün yayılma riskinə qarşı ehtiyat tədbiri kimi qiymətləndirilə bilər:
"ABŞ səfirliyinin xəbərdarlığı Rusiyada bu tip yoluxucu xəstəliklərlə bağlı məlumatların gizli saxlanılması ehtimalı fonunda mühüm addımdır. Ekspert hesab edir ki, Rusiyanın rəsmi açıqlamadan sonra tədbirlər görməsi belə məlumatların əvvəlcə məxfi saxlanıldığını göstərə bilər".
Fatimə İbrahimova