Uğursuz edam cəhdindən sağ çıxan ölüm mahkumu Krista Paykın vəziyyəti sabitləşir
ABŞ-də ölüm cəzasına məhkum edilmiş Krista Payk keçən haftə Tennessi ştatında baş tutmayan edam cəhdindən sağ çıxdıqdan sonra "huşlu və danışa bilir" vəziyyətdədir. Bu barədə çərşənbə axşamı onun vəkilləri bəyanat yayıb.
50 yaşlı Payk xəstəxanada "çarpayıya qandal və buxovla bağlanmış" halda kritik tibbi yardım almağa davam edir. Lakin onun edam cəhdini xatırlamadığı, adını bildiyi halda ayın hələ də sentyabr olduğunu zənn edərək tarixi səhv təxmin etdiyi qeyd olunur.
1995-ci ildə sevgilisi ilə birlikdə Kollin Slemmeri qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilən Payk sentyabrın 30-da Tennessidə iki ölümcül iynədən sağ çıxıb. Ekspertlər və hüquq müdafiəçiləri bunun görünməmiş bir hal olduğunu vurğulayırlar.
Fordham Hüquq Məktəbinin professoru Debora Denno bildirib ki, əvvəllər edamdan sağ çıxan yeddi məhbus halında cəza icraçıları damara daxil ola bilməmişdilər. Onun sözlərinə görə, Payk bədəninə toksin vurulduqdan sonra sağ qalan yeganə şəxsdir və bütün proses qaydası ilə icra olunsa da, bu nəticəni verməyib.
Dr. Zivotun sözlərinə görə, istifadə olunan pentobarbital maddəsi qan dövranına kifayət qədər daxil olmaq əvəzinə, böyük ehtimalla dərialtı toxumalara yayılıb. Vəkillər daha əvvəl Paykın trombositoz (qan laxtalanması) xəstəliyi və kiçik damarları səbəbindən edamın uğursuz ola biləcəyi barədə xəbərdarlıq etmişdilər.Sistemdəki uğursuzluqdan sonra Tennessi Qubernatoru Bill Li ilin sonunadək bütün edamları təxirə salıb, ştatın həbsxanalar idarəsinin rəhbəri isə istefa verib. Məqbul hesab edilən bu cəhd zərərçəkən Kollin Slemmerin anası tərəfindən "qarışıqlıq" kimi dəyərləndirilib.
Paykın vəkilləri qubernator Bill Liyə müraciət edərək ölüm hökmünün şərti azadlıq hüququ olmadan ömürlük həbs cəzası ilə əvəz olunmasını tələb edirlər. Səlahiyyətli şəxslər edamın yenidən cəhd edilib-edilməyəcəyi ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Həmidə Cəbrayılova