ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını başa çatdırıb
ABŞ Ticarət Palatası fevralın 9–10-da Bakıda Azərbaycana ilk dəfə təşkil olunan biznes missiyasını uğurla başa çatdırıb.
ABŞ-nin Azərbaycandakı səfirliyinin məlumatına görə, ABŞ Ticarət Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində keçirilən missiya enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat və müdafiə sahələrini əhatə edən dəyirmi masalar və siyasət dialoqları ilə müşayiət olunub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, ABŞ Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlığın dinamik mərhələsindədir, yüksələn xətt üzrə gedir:
"Hər iki tərəfdən atılan addımlar strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Əgər bu istiqamətdə seçilən kurs və iradə ardıcıl davam etdirilərsə, strateji tərəfdaşlığın ən yüksək zirvəsini Azərbaycan-ABŞ əməkdaşlığının timsalında görə bilərik. Azərbaycan ABŞ strateji tərəfdaşlığının dinamik inkişafı və onun ən yüksək həddi artıq strateji müttəfiqliyin ərəfəsi sayıla bilər. Nəzərə alsaq ki, hazırda strateji tərəfdaşlığın ilkin inkişaf mərhələsindəyik, burada çoxşaxəli istiqamətlərdə, yəni iqtisadi, siyasi, diplomatik, texnoloji, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın daha da sıxlaşdırılması, artıq hər iki tərəfdən seçilən kurslardır. Eləcə də bu nöqteyi nəzərdən bu günlərdə yekunlaşan ABŞ-nin Azərbaycandakı ticarət missiyasının fəaliyyətinə də bu nöqteyi nəzərdən yanaşmaq lazımdır. Beləliklə, ticarət missiyasının fəaliyyəti ABŞ Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, ABŞ-nin dövlət katibinin müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycana səfər etməsi, ABŞ-nin vitse-prezidentinin müstəqillik tarixində ilk dəfə Azərbaycana səfər etməsi strateji tərəfdaşlığın məzmununu daha da zənginləşdirən faktlardır. Bunlar onu göstərir ki, hər iki tərəf strateji tərəfdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Söz yox ki, əgər bu siyasət davam edərsə, biz strateji tərəfdaşlığın yeni zirvələrinin və onun strateji müttəfiqliyə çevrilməsinin şahidi olacağıq. Xüsusilə də, imzalanan Strateji Tərəfdaşlıq Xartiyası da elə məsələlər nəzərdə tutub ki, bunlar Azərbaycan Amerika münasibətlərini labüd şəkildə strateji müttəfiqliyə aparır. Yetər ki, hər iki tərəf bu seçilən kursun üstündə həssas və ardıcıl olsun ki, prosesləri siyasi məntiqi, siyasi məntiqi sonluğuna çatdırmaq mümkün olsun. Xüsusilə də Strateji Tərəfdaşlıq Partiyasında Azərbaycan ABŞ münasibətlərində dövlətlərarası əlaqələrlə yanaşı, özəl sektorda fəal cəlb olunması, müdafiə sənayesi məhsullarının qarşılıqlı satışının təşkil olunması, kosmik sənaye sahəsində əməkdaşlıq rəqəmsallaşma, elektronlaşma, logistika layihələrinin birgə həyata keçirilməsi, nüvə sahəsində əməkdaşlıq, təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıq addımları öz xarakterinə görə elə faktlardır ki, bunlar ancaq Azərbaycanla Amerikanı strateji müttəfiqliyə doğru aparır.
Ticarət, iqtisadi sahədə əməkdaşlıq seçilən strateji tərəfdaşlıq kursunun ən məzmunlu və ən təsirli istiqamətləri sayılır. Ona görə ki, bütün hallarda əgər iqtisadi, ticarət, logistika, infrastruktur layihələrinin həyata keçirilməsi formasında əməkdaşlıq olmasa, geosiyasi, geostrateji, əməkdaşlıq deyilən şey havadan asılı mücərrəd bir məfhumlar səviyyəsində qala bilər. Buna görə də həm ticarət, həm iqtisadi, həm də rəqəmsallaşma və texnologiya sahəsində göstərilən birgə fəaliyyətlər məhz strateji tərəfdaşlığın və onun strateji müttəfiqliyə çevrilməsinə real məzmun verir. Buna görə də ABŞ ticarət missiyasının fəaliyyəti də daxil olmaqla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasına qədər bütün addımlar, son aylarda görülən işlər Amerika, Azərbaycan strateji tərəfdaşlığını daha da dərinləşdirir. Dərinləşən strateji tərəfdaşlıq Azərbaycanı və Amerikanı sürətlə strateji müttəfiqlər səviyyəsini yüksəldir".
Aişə Mustafayeva
