00:00:00
Yazar
Zəhra Həsənova
14.09.2026 15:24 64 1 dəq oxuma
Siyasət

ABŞ Ukraynaya Patriot raketləri vermək istəyir ? - ŞƏRH

ABŞ Ukraynaya Patriot raketləri vermək istəyir ? - ŞƏRH

ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün köhnə modifikasiyalı raketlərin istehsalına lisenziya verilməsi imkanını müzakirə edir. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp belə deyib. Trampın bir tərəfdən müharibəni bitirmək istəməsi, digər tərəfdən lisenziya məsələsi haqqında düşünməsi diqqət çəkir. 

 

"İnformator.az" xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli bildirib ki, söhbət son modufikasiya olunmuş raketlərdən yox, bir az köhnə nəsil raketlərdən söhbət gedir:

 

"Amerika özünün ən son texnologiyalarını heç kimə vermir. Heç Ukraynaya da verməz. Ukraynanın əlində artıq Rusiyanın ballistik raketlərini vurmaq üçün raket vasitələri demək olar ki, qalmayıb və bunu almaq üçün Amerikaya müraciət ediblər. Əgər yerli istehsal baş tutarsa, Ukrayna ərazisində və ya Avropada Patriot raketlərinin istehsalı lokallaşdırıla bilərsə, bu Ukraynanın Rusiyanın ballistik hücumlarına və həmin hücumlarının qarşısını almasına xeyli kömək etmiş olacaq".

#baki #yeni #xəbər #şərh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər