00:00:00
Yazar
Nərmin Həşimova
24.11.2026 20:25 44 3 dəq oxuma
Siyasət

ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü ləngidir

ABŞ Ukraynaya “Patriot” raketlərinin tədarükünü ləngidir

Kiyev hələ də ABŞ-nin Avropa ölkələrinin arsenalından Ukraynaya tədarük etməyə razılaşdığı “Patriot” zenit-raket kompleksləri üçün təxminən 60 ədəd raketlə bağlı Pentaqonun icazəsini gözləyir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki,hazırda Ukrayna-Rusiya müharibəsi daha da kəskinləşir və sülh perspektivlərindən getdikcə uzaqlaşır:


"Eyni zamanda Ukrayna üçün ağır döyüşlərin getdiyi bir dövrdür. Bir tərəfdən Amerika, Ukraynaya indiyə qədər razılaşılmış sənədlərə uyğun olaraq hərbi yardımları göstərməkdən hələlik yayınır. Xüsusilə də Patriot raketlərinin Ukraynaya təhvil verilməsi məsələsində Amerika ardıcıl davranmır.
​Bu, əlbəttə, səbəbsiz deyil; çünki Ukrayna münaqişəsini tələsik və yarımçıq şəkildə yekunlaşdıraraq Rusiya ilə digər iqtisadi məsələlərdə razılığa gəlməyi hədəfləyən Tramp administrasiyasından fərqli addım gözləmək çətindir. Hakimiyyətə gəldiyi ilk gündən Tramp Ukraynaya yardım və dəstək məsələsində Avropadan mümkün qədər uzaqlaşmağa çalışdı.Sonra isə Ukraynadan və Avropadan kənarda Rusiya ilə separat danışıqlara daha çox meylləndi. Hətta Alyaskada, Ankoricdə görüş zamanı onun Ukraynanı ərazi güzəştlərinə vadar edəcəyi ilə bağlı Putinə söz verdiyi haqda məlumatlar da yayıldı. Bu gün də Trampın əsas hədəflərindən biri Ukrayna məsələsini yekunlaşdırmaq üçün Zelenskini ərazi güzəştlərinə vadar etməkdən ibarətdir. Məhz bu məqsədlə o Ukrayna üzrə aparılan danışıqlara indiyə qədər nə Avropanı, nə də Ukraynanın özünü cəlb etmək istəyib. ​Amma Pekində o başa düşdü ki, Ukraynasız və Avropasız Ukrayna müharibəsi üzrə razılaşma əldə etmək qeyri-mümkündür. Bu razılaşma hətta əldə olunsa belə onun heç bir icra perspektivi yoxdur. Hazırda Ukraynanı təslimçiliyə daha çox məcbur etmək üçün Trampın istifadə etdiyi taktikalardan biri Ukrayna üçün zəruri silahların tədarükünü genişləndirməkdir. Tramp yaxşı anlayır ki, Ukraynanı əgər Patriot sistemləri ilə təchiz etməyi gecikdirsə, bu Ukraynanı Rusiyanın qarşısında zəif duruma düşürməkdən ibarətdir. Ona görə ki, Ukraynanın raketdən, hava hücumundan müdafiə qüvvələri, xüsusilə də Rusiyanın ballistik raketlərinə qarşı ən güclü silahı Patriot sistemləri ola bilər ki, bunu da Amerika hələlik Ukraynaya verməkdən yayınır. Trampın Patriot sistemləri ilə bağlı Ukraynaya göstərdiyi təzyiqin əsas məqsədi Ukraynanı müharibədə ərazi güzəştlərinə vadar etməkdən ibarətdir. Görsənir ki, Avropa dövlətləri də bunu çox yaxşı başa düşürlər. Ona görə nə Ukraynanın özü Trampın Patriotlarla bağlı bu məkirli siyasətinə boyun əymək istəyir, nə də Avropa ölkələri Ukraynanı döyüş meydanında tək buraxmaq istəyirlər. Trampın Patriot raketləri ilə bağlı ləng mövqeyi Avropa ölkələrini Ukraynaya hərbi dəstəyi artırmağa daha çox vadar edir. Təsadüfi deyil ki, artıq bəzi Avropa ölkələri özlərinin arsenalında olan Patriot sistemlərini Ukraynaya təhvil vermək haqqında düşünürlər. Yəqin ki, Amerika bir qədər də geciksə, Avropa ölkələrinin arsenalındakı Patriot sistemləri Ukraynaya təhvil veriləcək sonuna qədər. Eləcə də Ukrayna üçün Patriot sistemlərinin alternativlərinin yaradılması yönündə işlər sürətləndiriləcək".

Səkinə Musayeva

#gündəm #tədarükünü #“patriot” #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər