00:00:00
Yazar
Zəhra Həsənova
24.11.2026 22:28 24 1 dəq oxuma
Siyasət

Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ mümkündür – ŞƏRH

Azərbaycan-Gürcüstan münasibətlərində yeni mərhələ mümkündür – ŞƏRH

Gürcüstan xarici işlər nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə töhfə verə bilər.

 

Bu barədə politoloq Vaqif Hüseyn “İnformator.az”a açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan uzun illərdir mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq münasibətləri nümayiş etdirir. Politoloq hesab edir ki, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq gələcəkdə yeni mərhələyə qədəm qoya bilər.


O qeyd edib ki, Azərbaycan üçün Gürcüstanın strateji əhəmiyyəti xüsusilə ölkənin beynəlxalq bazarlara və xarici əlaqələrə çıxışında özünü göstərir.

 

Politoloqun fikrincə, iki ölkə arasında mövcud olan bəzi texniki sərhəd məsələləri də müvafiq komissiyanın fəaliyyəti çərçivəsində həllini tapa bilər.

 

O, Gürcüstanla münasibətlərin inkişafını müsbət qiymətləndirdiyini və əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini vurğulayıb.

 

Ada Hacızadə

#mümkündür #münasibətlərində #xəbər #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər