00:00:00
Yazar
Admin User
06.02.2026 17:38 235 1 dəq oxuma
Siyasət

“ABŞ Ukraynaya silah tədarükünü davam etdirir”

“ABŞ Ukraynaya silah tədarükünü davam etdirir”

"ABŞ sülh müqaviləsi imzalanana qədər Ukraynaya silah tədarükünü davam etdirəcək”,-deyə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ukrayna ilə Rusiya arasında sülh müqaviləsi məsələsi barədə hələ suallar mövcuddur:

 

“Bu baş tutsa da, müvəqqəti ola bilər. Çünki ABŞ Venesueladan sonda İran problemini həll edib Rusiyaya qarşı təzyiq bıçaqlarını işə sala bilər. Odur ki, ABŞ Ukraynaya silah tədarükünü davam etdirir. NATO daxilində buna münasibət birmənalı olmasa da, ABŞ Avropa ilə rəqabət zəminində üstünlüyünü qoruyub saxlamaq istəyir. ABŞ-nin Ukrayna strategiyasında öhdəliklərdən daha çox, özünün situativ maraqlarının təmin olunması ön plandadır”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər