00:00:00
Yazar
Aysel Mirzəyeva
02.03.2026 21:32 25 2 dəq oxuma
Siyasət

“ABŞ uzaq məsafədən uzun müddət müharibə aparmaq əzmində deyil” - ŞƏRH

“ABŞ uzaq məsafədən uzun müddət müharibə aparmaq əzmində deyil” - ŞƏRH

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan Əli Xamenie ilə bağlı xalqa müraciət edib.


Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, İranda Ali Dini Lider postuna artıq müvəqqəti sədrin təyin olduğu qeyd olunur:

 

“Lakin buna paralel olaraq həmin şəxsin də ABŞ yaxud İsraildən neytrallaşdırıldığı barədə məlumatlar yayılır. Təbii ki, hər bir halda yeni lider seçimində SEPAH-ın rolu əhəmiyyətli dərəcədə böyükdür. Demək olar ki, ölkənin böyük hərbi gücü və siyasi təsir imkanları onların əlindədir. Bu o deməkdir ki, yeni lider də mühafizəkar mövqe tutmağa məcbur olacaq, bu da durumu daha ağırlaşdıra bilər. Yaxın Şərqdə vəziyyət onsuz da ürəkaçan deyil. İrana hərbi müdaxilə durumu daha da gərginləşdirir. Şübhəsiz ki, yeganə çıxış yolu atəşkəsə nail olub yenidən danışıqlar masasına qayıtmaqdır, çünki ABŞ uzaq məsafədən uzun müddət müharibə aparmaq əzmində deyil. Ona görə də, prosesin maksimum dörd həftə çəkəcəyi bildirilir. Nüvə proqramı ilə bağlı beynəlxalq danışıqların bərpası və faydalı olması üçün beynəlxalq təşkilatların, xüsusən ABŞ-nin rolu olmalıdır. Əks halda mövcud müharibə daha geniş miqyasda vüsət alaraq dünyada siyasi və iqtisadi vəziyyəti ağırlaşdıra, böhran yarada bilər. ABŞ düşünürsə ki, İranda liderləri öldürməklə sistemi çökdürmək olacaq, bu yanlış qənaətdir. Sistem İranda şəxslərə bağlı deyil və liderliyin ölümü əksinə xalqda milli və dini qürur hissini gücləndirə bilər. Hər bir halda mənfi nəticələr baş verə bilər. Bunun qarşısını almaq üçün də BMT-nin hərəkətə keçməsi, atəşkəsə nail olmaq üçün səfərbər olması vacibdir”.


Aytac İbrahimova

#azərbaycan #əzmində #deyil” #yeni #“abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər