00:00:00
Yazar
Nərmin Həşimova
20.05.2026 20:44 40 1 dəq oxuma
Siyasət

ABŞ və Çin arasında İran məsələsi: Pekin vədinə nə qədər sadiq qalacaq?

ABŞ və Çin arasında İran məsələsi: Pekin vədinə nə qədər sadiq qalacaq?

ABŞ və Çin arasında İran məsələsi ilə bağlı diplomatik təmaslar yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Xi Jinping Pekinin İrana silah göndərməyəcəyinə dair ona təminat verib.


Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın Çin səfərindən sonra verdiyi bəzi açıqlamalar xüsusi diqqət çəkir: 


“Çin tərəfi onu əmin edib ki, İrana silah yardımı etməyəcək. Amma düşünürəm ki, Çin bu vədi versə də, gələcək qarşıdurmalarda İrana dəstəyini azaltmayacaq. Bunu dolayısı yolla yaxud, gizli şəkildə də edə bilər. Yəni, Çinin İranla bağlı siyasətində bu görüşdən sonra hansısa ciddi dəyişikliyin olacağını düşünmürəm. Çünki Çin ikinci qlobal güc roluna iddialı bir qüvvə kimi ABŞ-nin diqqətinin məhz onun üzərində yox, başqa istiqamətlərə yönəlməsində maraqlıdır. Məhz bu səbəbdən Çin, Rusiya-Ukrayna savaşının, o cümlədən İran-Amerika qarşıdurmasının dərhal və qısa müddətdə bitməsində maraqlı deyil. Çünki Çin yaxşı bilir ki, ABŞ bu istiqamətlərdə hansısa nəticələr əldə edib savaşları dayandırsa, o zaman diqqətini tam şəkildə Çinə yönəldəcək. Məhz bu səbəbdən də Çin bu savaşların dərhal bitməsində maraqlı deyil".


Mehriban Yariyeva

#ABŞ #Çin #İran #vəd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər