00:00:00
Yazar
Admin User
06.02.2026 16:27 58 2 dəq oxuma
Siyasət

ABŞ və Özbəkistan arasında əməkdaşlıq memorandumu imzalanıb

ABŞ və Özbəkistan arasında əməkdaşlıq memorandumu imzalanıb

ABŞ və Özbəkistan hökumətlərarası anlaşma memorandumu imzalayıblar.

ABŞ dövlət katibi müavini Kristofer Landau ilə birgə Özbəkistan və ABŞ hökumətləri arasında kritik əhəmiyyətli mineralların və nadir torpaq metallarının hasilatı və emalı sahəsində tədarüklərin təmin edilməsi üzrə anlaşma memorandumu imzalanıb.


Mövzu ilə bağlı iqtisadçı Vüqar Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, Özbəkistan ABŞ-lə daha çox investisiya əməkdaşlığında maraqlı ölkədir:


"ABŞ ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin inkişaf etdiyi müşahidə olunur və bir tərəfdən Mərkəzi Asiya dövlətləri ilə ABŞ arasında samitin keçirilməsi də bundan xəbər verirdi. Digər tərəfdən isə ABŞ-də yeni administrasiyanın Mərkəzi Asiya dövlətləri ilə həm iqtisadi, həm də siyasi əməkdaşlığın gücləndirilməsində maraqlı olduğu nəzərə alınırsa, bu proseslərin təsadüfi olmadığı aydın olur. Məsələn, Sülh Şurasına Mərkəzi Asiya dövlətlərinin dəvət olunması da bir daha onu təsdiq edir ki, Birləşmiş Ştatlar üçün Mərkəzi Asiya, o cümlədən, regionun təbii geosiyasi potensialı strateji əhəmiyyət daşıyır. Təbii ki, bu anlaşma yalnız iki dövlət arasında deyil, ümumilikdə Mərkəzi Asiya ilə ABŞ arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaradır. Bu isə, öz növbəsində, həmin münasibətlərin kontekstində Mərkəzi Asiyanın, o cümlədən, qardaş Özbəkistanın geosiyasi mövqeyinin daha da güclənməsinə xidmət edəcək. İlk növbədə, bu proses investisiyaların cəlb edilməsi baxımından vacibdir. Çünki Özbəkistan ABŞ ilə daha çox investisiya əməkdaşlığında maraqlı ölkədir və ABŞ investisiyası təkcə maliyyə deyil, həm də siyasi və texnoloji imkanlar deməkdir. Bu kontekstdə, həmin istiqamətdə daha çox investisiyanın cəlb edilməsi, nəticə etibarilə, Özbəkistanın inkişafına ciddi təkan olacaq".


Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər