00:00:00
Yazar
Admin User
02.02.2026 15:31 128 2 dəq oxuma
Siyasət

ABŞ vitse-prezidenti Cənubi Qafqaza səfər edir

ABŞ vitse-prezidenti Cənubi Qafqaza səfər edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, vitse-prezident Cey Di Vens fevral ayında Azərbaycan və Ermənistana səfər edəcək. Səfərin məqsədi Vaşinqtonun sülh təşəbbüslərini gücləndirmək və “Tramp beynəlxalq sülh və çiçəklənmə marşrutu”nu irəlilətməkdir

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, 2025-ci il avqustun 8-də Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə razılaşma əldə edilib:

 

"ABŞ Prezidenti bildirib ki, sülh gündəliyinin irəli aparılmasında yaxından iştirak etmək niyyətindədir və bunu hər zaman nümayiş etdirir. Cey Di Venson regiona səfəri ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması prosesinə təsir göstərəcək və atılacaq addımlar bir daha koordinasiya olunacaq. Sülh gündəliyinin müəllifi Azərbaycan dövlətidir və prezidentin səmimi töhfələri hər zaman qiymətləndirilir”.

 

Mirbəşiroğlu ABŞ ilə Azərbaycan arasında strateji əməkdaşlıq perspektivlərinə diqqət çəkib:

 

“ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması üzərində iş gedir. Həm Azərbaycan, həm də ABŞ müvafiq işçi qrupları yaradılıb. Bu səfər zamanı həm müdafiə vasitələrinin satış məsələsi, həm də strateji əməkdaşlıq müzakirə olunacaq. 1992-ci ildə qəbul olunmuş 907-ci düzəlişin əhəmiyyəti artıq həm hüquqi, həm də praktiki baxımdan məhdudlaşıb. ABŞ ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq təcrübəsi formalaşdırılır. Səfər regionda etibarlı sülh və əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir. Ermənistanın davranışları sülh prosesinə təsir göstərir, amma Azərbaycanın təşəbbüsü ilə başlayan sülh prosesi bölgədə ümumi rifaha töhfə verəcək. Azərbaycan tərəfinin təşəbbüsü ilə üç yeni əməkdaşlıq formatı formalaşır və iştirakçı tərəflər arasında müzakirələr davam edir. Cey Di Venson səfəri həm region ölkələri ilə ABŞ arasındakı münasibətlərin inkişafı, həm də bütövlükdə regionun gələcəyi baxımından əhəmiyyətli ola bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər