00:00:00
Yazar
Səadət Əlizadə
18.03.2026 20:45 24 1 dəq oxuma
Siyasət

ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?

ABŞ vizasına 15 min dollar girov tələbi: Kimlərə şamil ediləcək?

ABŞ daha 12 ölkənin vətəndaşları üçün viza müraciəti zamanı 15 min dollar məbləğində girov tətbiq edir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, yeni ölkələr artıq mövcud olan 38 ölkəlik siyahıya əlavə olunacaq. Bununla da proqram ümumilikdə 50 dövləti, əsasən də Afrika ölkələrini əhatə edəcək. Proqrama daxil edilən yeni ölkələr Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua-Yeni Qvineya, Seyşel adaları və Tunisdir.

 

Söhbət işgüzar və turistik səfərlər üçün nəzərdə tutulan B1/B2 kateqoriyalı vizalardan gedir. Aprelin 2-dən qüvvəyə minəcək yeni qaydalar ABŞ-də qalma müddətinin aşılması hallarını azaltmağa yönəlib.

Girov viza şərtlərinə əməl edən, ölkəni vaxtında tərk edən və ya vizadan istifadə etməyən müraciət sahiblərinə geri qaytarılacaq.

#kimlərə #gündəm #min #tələbi: #abş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər