00:00:00
Yazar
Admin User
15.01.2026 18:14 88 1 dəq oxuma
Siyasət

ABŞ Yaxın Şərqə aviadaşıyıcı göndərib

ABŞ Yaxın Şərqə aviadaşıyıcı göndərib

 

ABŞ Yaxın Şərqə aviadaşıyıcı göndərib. Bu addım bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsi və regional risklərin artması fonunda atılıb.

 

Məsələ ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Amerikanın Yaxın Şərqə aviadaşıyıcı göndərməsində əsas məqsəd İranla bağlıdır:

 

“Yəqin ki, bunun başqa ciddi bir səbəbi yoxdur və hazırda ABŞ-nin İranla bağlı hələ qəti, yekun qərarı da mövcud deyil. Bununla belə, bütün hallarda paralel şəkildə həm danışıqlar aparılır, həm də hərbi qüvvə cəmləşdirilir. BMT Təhlükəsizlik Şurasının da İranla bağlı verəcəyi müəyyən qərarlar var. Yəni bu addımların hamısı, təbii ki, təzyiq xarakteri daşıyır. Artıq İran da anlamalıdır ki, burada Amerika oyun oynamır. Əgər şərtlər uzlaşmasa, razılaşma əldə olunmasa, o zaman hərbi zərbələrin endirilməsi ehtimalı yaranacaq. Məncə, məsələ bundan ibarətdir. Yəni bir tərəfdən siyasi mesajlar verilir ki, İran tərəfi razılaşmaya getsin və Amerikanın şərtlərini qəbul etsin, digər tərəfdən isə hərbi hazırlıq aparılır. Danışıqların gedişində Çin və Rusiyanın mövqeyi də göz önündədir. Görürük ki, onlar İranı dəstəkləyirlər. Bu da mümkündür ki, İran onların dəstəyi ilə etirazlara məhəl qoymasın və nəticədə, real hərbi zərbələr endirilsin. Məsələn, aviadaşıyıcıların məhz bu bölgəyə göndərilməsində əsas məqsəd Amerikanın Yaxın Şərqdə hərbi gücünün artırılmasına xidmət edir”.


Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər