00:00:00
Yazar
Nərmin Həşimova
18.11.2026 20:45 61 2 dəq oxuma
Siyasət

ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır 

ABŞ yeni termonüvə bombası hazırlamağı planlaşdırır

ABŞ yeni termonüvə hava bombası olan B94-ün hazırlanmasını planlaşdırır. Layihəyə 77,1 milyon dollardan çox vəsaitin ayrılması nəzərdə tutulur.

Bu barədə ABŞ Senatının Təxsisatlar Komitəsinin dərc etdiyi sənəddə bildirilib.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib ki,nüvə silahının hazırlanması və nüvə arsenalının genişləndirilməsi strateji çəkindirmə məqsədi güdür:


"Konqresdə təxminən 77 milyon dollar ayrılıb və B-94 tipli nüvə silahının hazırlanması planı da var. Bu ayrılan rəqəm olduqca kiçik bir rəqəmdir. Və düşünürəm ki, o, ciddi arsenal yenilənməsi  anlamına gəlmir. Ümumiyyətlə nüvə silahının hazırlanması və nüvə arsenalının genişləndirilməsi strateji çəkindirmə  məqsədi güdür.Eyni zamanda qarşılıqlı məhv etmə üçün hesablanmış olur. Başlıca olaraq müasir dövrdə strateji çəkindirmə məsələsi daha aktualdır.Amma biz müasir münaqişələrin xarakterindən çıxış etmiş olsaq, görürük ki, artıq hərbi hədəflərin vurulması zamanı da taktiki nüvə silahlarından istifadə aktual ola bilər. Və xüsusilə də  yerin dərin qatlarındakı hədəfləri vurmaq üçün ABŞ, görünür, daha güclü nüvə silahına sahib olmaq istəyir. Yəni bu mənada termonüvə silahının hazırlanması ABŞ üçün aktuallıq kəsb edə bilər.
Bu, B-94  seriyalı nüvə silahıdır. Görünür, əsas məqsəd də ABŞ rəqiblərinə qarşı daha ciddi zərbələrin endirilməsinə hesablana bilər, yəni gələcəkdə. Məsələn, digər tərəfdən ondan ibarətdir ki, ABŞ-nin deməli əsas geosiyasi rəqibləri Rusiyadır və Çindir. Xüsusilə də son dövrlərdə Çinin ən müasir  silahlarla hərbi arsenalını genişləndirməsi ABŞ-ni ciddi narahat edir. Ona görə də ABŞ öz silahlarını daha da təkmilləşdirərək strateji çəkindirmə imkanlarını genişləndirmək istəyə bilər. Digər tərəfdən də, həmişə ABŞ və Rusiya rəqib olublar, görünür ki, Rusiya da öz silah arsenalını sürətlə müasirləşdirməkdə və genişləndirməkdədir. Bu baxımdan hesab edirəm ki, əsas rəqiblər arasında hərbi arsenalın genişləndirilməsi yarışı gedir. ABŞ-nin əsas məqsədi bundan ibarət ola bilər, amma bu bütövlükdə qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Buna görə ki, dünyanın digər ölkələri də mütləq çalışacaqlar ki, oxşar silahlara sahib olsunlar. Və bu da daha ciddi qarşıdurma baş verən zaman tətbiq olunma risklərini də artıra bilər. Yəni hesab edirəm ki, bu öz-özlüyündə yaxşı heç nə vəd etmir".

Səkinə Musayeva

#planlaşdırır #termonüvə #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər