Ac olduqda yeyilə bilən batareya istehsal edildi
Dünyada bir ilk gerçəkləşib. Ac olduğunuz zaman yeyə biləcəyiniz təkrar doldurulan batareya istehsal edilib.
İtaliya Texnologiya İnstitutunun tədqiqatçıları gündəlik həyatda qida kimi istifadə edilən məhsullardan "tamamilə yeməli" təkrar doldurulan batareya istehsal ediblər.
Yeməli batareya sağlamlıq diaqnostikası, qida keyfiyyətinin monitorinqi və yeməli yumşaq robotlar kimi tətbiqlərdə istifadə oluna bilər.
Tədqiqat Milanda İtaliya Texnologiya İnstitutunun Çap və Molekulyar Elektronika Laboratoriyasının koordinatoru Mario Caironi başçılıq etdiyi qrup tərəfindən aparılıb.
Tədqiqatçılar yeməli batareyanı badam, kapari və suşiyə əlavə olunan nori yosunlarından hazırlayıblar. Nori yosunu qısa qapanmaların qarşısını almaq, elektrik keçiriciliyini artırmaq üçün isə aktivləşdirilmiş kömür və su əsaslı elektrolitdən istifadə edilib.
Araşdırma "Advanced Materials Journal"da dərc olunub.
Fatima Mustafayeva
