00:00:00
Yazar
Admin User
24.06.2023 15:14 319 1 dəq oxuma
Maraqlı

Acun Ilıcalı: Mən də qənaət edirəm

Acun Ilıcalı: Mən də qənaət edirəm

Müxtəlif sahələrə etdiyi investisiyalarla tez-tez gündəmə gələn və ötən həftələrdə İrlandiya Premyer Liqa komandalarından olan Şelbourne futbol klubunun əksər səhmlərini aldığını açıqlayan Acun Ilıcalı YouTube-da yayımlanan bir proqrama qonaq  olub.

 

İnformator.az Posta qəzetinə istinadən xəbər verir ki, ona ünvanlanan bir çox sualı cavablandıran Acun Ilıcalı xərcləri çox olduğu üçün qənaət etməyə başladığını bildirib. Ötən günlərdə 19 yaşlı qızı Leyla üçün aldığı lüks avtomobillə gündəmə gələn Ilıcalının qənaət etmə barədə fikirləri sosial şəbəkə istifadəçiləri arasında təzadlı reaksiyalara səbəb olub. 

 

Şəxsi təyyarəsi ilə bağlı  məsələyə də açıqlama verən teleaparıcı "Bir yerə təyyarə ilə getmək çox baha başa gəlir. Mən o qədər də hesabsız insan deyiləm, harasa təyyarə ilə gedəndə iki işi bir arada görərək hərəkət edirəm, planlarımı buna uyğun qururam”. O, təyarrənin okeanı keçməsinin 100 min dollara başa gəldiyini ifadə edib.

 

Sonda yeməyə qənaət etmədiyini və son 15 ildə masasında əyləşən heç kimə hesab ödətdirmədiyini deyib.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər